MƏDƏNİYYƏT


UNESKO-da 2-ci “İpək Yoluna gənclərin baxışı” fotomüsabiqəsinə start verilib

Paris, 8 oktyabr, AZƏRTAC

UNESKO-da 2-ci "İpək Yolları Gənclərin Gözü ilə" fotomüsabiqəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, UNESKO-nun “İpək Yolu”, “Gənclər” və 2013-2022-ci illəri əhatə edən “Mədəniyyətlərin yaxınlaşması beynəlxalq onilliyi” Proqramları çərçivəsində təşkil edilmiş "İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat 2020-ci il yanvarın 6-dək davam edəcək.

Müsabiqənin əsas məqsədi bu gün qloballaşan dünyamızda üzləşilən böyük problemlərlə bağlı maarifləndirmədə vacib rol oynamaq potensialını göstərməkdir.

Müsabiqə İpək Yolu regionunda yaşayan və bu zonaya səyahət edən gənclərə bu regionda qarşılıqlı münasibətlər və mübadilə nəticəsində yaranan ortaq mədəni irsi və plüralist kimliyi daha yaxşı anlamaq və bununla bağlı düşüncələrini paylaşmaq üçün imkan yaradır. Eyni zamanda, qarşılıqlı anlaşmanı və İpək Yolları ilə birləşən müxtəlif xalqlar arasında sülhü möhkəmlətmək məqsədilə müasir dünyadakı qarşılıqlı əlaqələri və mədəni görüşləri genişləndirmək üçün fotoqrafiyanın istifadəsini təşviq edir.

İpək Yolları dəniz və quru yolları şəbəkəsindən ibarət geniş bir coğrafiyadan ibarətdir.

Müsabiqə iki yaş qrupu -14-17 və 18-25 üçün nəzərdə tutulub.

Müsabiqədə iştirak etmək üçün UNESKO-nun https://unescosilkroadphotocontest.org/fr/node/3 saytında rəsmi qeydiyyatdan keçmək lazımdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.