Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Ulu Öndərin atdığı ilk addımlardan biri müasir ordu quruculuğunun əsasını qoymaqdan ibarət olub

Ulu Öndərin atdığı ilk addımlardan biri müasir ordu quruculuğunun əsasını qoymaqdan ibarət olub

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vahid mərkəzdən idarə olunan və təhlükəsizliyimizə, suverenliyimizə və müstəqilliyimizə zəmanət verə biləcək real qüvvəyə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mümkün oldu. Müstəqilliyi əldə etməzdən əvvəl Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycanda xalqımızı ərafında səfərbər edə biləcək şəxsiyyətin respublikanın rəhbərliyində olmaması bizim ölkəmizin ağır siyasi və hərbi böhranla qarşılaşması ilə nəticələnmişdi. 1992-1993-cü illərdə müxtəlif siyasi qüvvələrə tabe olan əlahiddə taborların formal olaraq tabe olduqları komandanlıq tərəfindən idarə edilməsi faktiki mümkün deyildi. Əksər hallarda peşəkar zabitlər ordu ilə əlaqəsi olmayan mülki şəxslərin tabeliyində xidmət edirdilər. Müdafiə məqsədilə yerli özünümüdafiə taborlarının qarşılıqlı fəaliyyətini təşkil etmək ən müşkül məsələlərdən biri idi.

Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında bildirib.

O deyib ki, bəzən nizami ordu hissələri yerləşdiyi sərhədyanı cəbhə bölgəsindəki mövcud olan siyasi qüvvələrin təsiri altına düşürdü. İdarəetmədə mövcud olan və sadalanan neqativ proseslər sonunda Azərbaycan tərəfinin böyük ərazi itkiləri ilə nəticələnirdi. Əksər hallarda böyük çətinliklərlə azad edilən əraziləri qoruyub saxlamaq mümkün olmurdu. Buna görə isə kimsə məsuliyyət daşımırdı. Kriminal keçmişə malik insanlara yüksək vəzifələr və hərbi rütbələr verilməsinə, saxta baş zabit rütbələri daşıyan tabor komandirlərinə, orduda xidmət etmədən alay komandiri vəzifəsinə təyin olunanlara belə rast gəlirdik. Bu xaotik vəziyyətdən istifadə edən Ermənistan silahlı qüvvələri isə əvvəl Qarabağda yaşayan azərbaycanlı əhalimizə qarşı soyqırımı törətməyə nail oldular. Sonra isə Qarabağ və ətraf rayonlarımızın ərazilərini işğal etdilər. Ümumiyyətlə ölkəmiz müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya idi. Belə bir mürəkkəb vəziyyətdə Ümummilli Liderin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması və müstəqil ordu quruculuğu istiqamətində tarixi addımlar atması həm silahlı qüvvələrimizin böhranlı vəziyyətdən çıxmasına, həm də ordunun ümumilikdə siyasi proseslərdən kənarlaşdırılması ilə nəticələndi.

“Peşəkar hərbçi, böyük siyasətçi və görkəmli dövlət xadimi olan Heydər Əliyevin atdığı ilk addımlardan biri müasir və güclü ordu quruculuğunun əsasını qoymaqdan ibarət oldu. Sovet illərində ölkəmizə rəhbərlik edən Heydər Əliyev SSRİ-nin müxtəlif respublikalarında hərbi təhsil alan peşəkar kadrların ölkəyə qaytarılması və orduya cəlb edilməsi üçün bir çox məqsədyönlü fəaliyyətlər həyata keçirdi. Zamanında Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirən peşəkar milli kadrların orduda vəzifələrə təyin edilməsinə üstünlük verilməsinə başlanıldı. Qədim hərbi təhsil müəssisələrimizdən olan Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində ciddi islahatlar aparıldı. Məktəbin adı sonralar dəyişdirilərək Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbi adlandırıldı. Müxtəlif siyasi hərbi qüvvələrə aid olan əlahiddə taborlar ləğv edilərək vahid hərbi hissələrdə birləşdirildi. Baş qərargahdan başlayaraq bütün hərbi hissə və birliklərdə ştat strukturu dəyişikliyi aparıldı. Ordunun təminat və təchizatında müsbət dəyişikliklər müşahidə olundu. Ordu quruculuğu sahəsində atılan inqilabi addımlar altı aydan sonra ilk bəhrəsini verməyə başladı. Dahi şəxsiyyət Heydər Əliyevin çağırışı və genişmiqyaslı səfərbərlik tədbirləri nəticəsində ordumuzun hərbi hissələrinin əksəriyyəti tam kompleksləşdirildi, - deyə hərbi ekspert vurğulayıb.

Ə.Verdiyev qeyd edib ki, böyük sərkərdə Heydər Əliyevin komandanlığı ilə silahlı qüvvələrimizin müxtəlif qoşun növlərindən ibarət yaradılan hərbi qruplaşması 1994-cü ilin ilk günlərində Horadiz əməliyyatını uğurla həyata keçirdi. Füzuli və Cəbrayıl rayonları ərazisində Azərbaycan Ordusu böyük bir ərazini, o cümlədən Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşməndən tamamilə azad etdi. Bu qələbə isə xalqımızda və ordumuzda Ali Baş Komandana və zəfərimizə qəti inam yaratdı. Bu nailiyyətdən ruhlanan ordumuz sonrakı dövrlərdə dahi şəxsiyyətin xeyir-duası ilə bir çox xüsusi əməliyyatları da uğurla həyata keçirməklə düşmənə sarsıdıcı zərbələr endirdi. Horadiz zəfəri məruz qaldığımız məğlubiyyət sindromunun sındırılmasında, erməni ordusunun hücumlarının dayandırılmasında və onların geri çəkilməyə vadar edilməsində, düşmənin çoxsaylı canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində müstəsna rol oynadı. Məhz Horadiz döyüşlərində ordumuzun qələbə qazanmasından sonra mənfur düşmən atəşkəs müqaviləsini imzalamağa məcbur oldu. Sonrakı dövrdə Ulu Öndər ordu quruculuğunda həm Türkiyə, həm NATO ilə əməkdaşlığın inkişafına diqqəti artırıb. Atəşkəs imzalanmasından bir neçə ay sonra Ümummilli Lider NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün sülh naminə tərəfdaşlıq çərçivə sənədini imzaladı. O çərçivə sənədi əsasında Azərbaycan hərbi qulluqçuları bəzi NATO təlimlərində, xarici dövlətlərdə keçirilən təlimlərdə iştirak etdilər. Bu gün zəfərlərimizin əldə olunmasında iştirak edən bir çox peşəkar zabit kadrların məhz Ümummilli Liderin Türkiyə ilə hərbi, hərbi-texniki və hərbi-təhsil sahəsində üstünlük verdiyi əməkdaşıq proqramının iştirakçıları olduğunu xatırlatmaq yerinə düşər.

“2012-cı ildən başlayaraq silahlı qüvvələrimizin fəaliyyətləri uğurlu 2016-cı ilin Aprel döyüşləri, Günnüt əməliyyatı və Tovuz hadisələri ilə müşayiət edildi. Son nəticədə isə Horadiz zəfəri ilə başlayan Azərbaycan Ordusunun uğurları 44 günlük Vətən müharibəsindəki möhtəşəm Qələbə ilə nəticələndi. Bu Zəfərin əldə edilməsinin ən başlıca səbəbi isə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət başçısı vəzifəsində fəaliyyətə başladığı ilk gündən görkəmli siyasi xadim Heydər Əliyevin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri, ənənələri, uğurları məqsədyönlü və planlı şəkildə davam etdirməsi, o cümlədən ordu quruculuğu işini prioritet vəzifə elan etməsi ilə birbaşa bağlıdır. Hazırda məhz bu siyasətin nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. Silahlı Qüvvələrimizin Vətən müharibəsindəki döyüş təcrübəsi bir çox inkişaf etmiş ölkələrin hərbi və elmi mərkəzləri tərəfindən öyrənilir və araşdırılır”, - deyə ekspert söyləyib.

Ə.Verdiyev əlavə edib ki, 2020-ci ilin Vətən müharibəsində qazanılmış tarixi Zəfər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin güclü, suveren Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərindəki milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir. Bu gün Azərbaycanın ərazi bütövlüyü, Şuşada qürurla dalğalanan milli bayrağımız, milli dövlətimiz, müstəqilliyimiz, dünya xalqları arasında layiqli yerimizi tutmaq naminə apardığımız 30 illik mübarizənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində İsveçrə şirkətlərinin iştirakı məsələsi müzakirə olunub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Mikrobiologiya İnstitutunda Ulu Öndərə həsr edilmiş tədbir keçirilib

Bosniya və Herseqovinada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb

Teymur Rəcəbov beynəlxalq turnirə qatılacaq

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

Xaçmaz və Qubanın gilas bağlarında bu il məhsuldarlığın aşağı olacağı gözlənilir

Qaxda keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı xidmətlərindən danışılıb

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi İstanbulda ehtiramla anılıb

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib   YENİLƏNİB

Baş Prokurorluğun futbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə Fair-Play mükafatına layiq görülüb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş YENİLƏNƏCƏK

İki nəfərin göldə boğularaq ölməsi ilə əlaqədar Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə Taxtakörpü qəsəbəsində ağacəkmə aksiyası keçirilib

Amerikalı mütəxəssisin AzMİU-da sərgisi açılıb

Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Dörd ayda DSMF-nin xərcləri 267 milyon manat artaraq 2 milyard 271 milyon manat təşkil edib

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO

Dövlət Xidmətində bir qrup şəxsə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” medalı təqdim edilib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNİB

Çinin Şaansi vilayətinin nümayəndə heyəti Sumqayıtda səfərdə olub

“Qafqazdan dünyaya doğan günəş” - tədbir

Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Qazaxıstanlı nazir: Bakı, Astana və Daşkənd energetika sistemlərinin inteqrasiyası layihəsi üzərində iş aparır

BDU tələbələrinin “MDB-nin ən yaxşı tədqiqatçıları - 2024” müsabiqəsində uğuru

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır

Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq

Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini ehtiramla anıb

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

AZAL-ın kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

Ankaradakı Heydər Əliyev adına məktəbdə Ulu Öndərin xatirəsinə konsert proqramı təşkil olunub

Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNƏCƏK

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNƏCƏK

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb