HEYDƏR ƏLİYEV - 100


Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluş” tamaşası nümayiş etdirilib VİDEO

Bakı, 28 mart, AZƏRTAC

Maliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 28-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən “Qurtuluş” tamaşası nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsi və təbliği məqsədilə səhnələşdirilən tamaşada Ümummilli Liderin bədii obrazı canlandırılıb, onun həyatı və siyasi fəaliyyəti ilə bağlı maraqlı fraqmentlər əks etdirilib.

Prezident İlham Əliyevin Qarabağdakı Zəfər yürüşünü əks etdirən yaddaqalan epizodlarla yekunlaşan tamaşa nazirliyin kollektivi tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Maliyyə Nazirliyinin kollektivi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı çərçivəsində Ulu Öndər Heydər Əliyevin zəngin, çoxşaxəli irsinin təbliği və əziz xatirəsinin daim yaşadılması məqsədilə tədbirlərin il boyu həyata keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.