CƏMİYYƏT
Ürəyimiz yananda…
Bakı, 26 fevral, AZƏRTAC
Tərkibində güclü antioksidantlar olan çay orqanizmdə xolesterolu azaldır, ürək, diabet və şəkər kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir.
AZƏRTAC tibbi mənbələrə istinadla bildirir ki, çay düzgün qəbul edilmədikdə faydalı deyil, əksinə, daha çox zərərli içkiyə çevrilə bilər. Çay piylənmə, ürək xəstəlikləri, ikinci növ şəkərli diabet, ağciyər, dəri xərçəngi kimi xəstəliklərdən qorunmaq üçün çox faydalıdır.
Avropa Qida Təhlükəsizliyi Təşkilatı hər bir insanın gündə 400-600 milliqram yaşıl çay içməsini vacib sayır. Çay içərkən onun miqdarına və şəkərsiz içilməsinə də diqqət etmək lazımdır. Çox miqdarda çayın qəbulu böyrək və qaraciyərdə bir çox zədələnmələrə səbəb olur. Çay həddindən artıq içildikdə mədə yanması və qəbizlik kimi problemlərə səbəb olur.
Zövqə görə müxtəlif cür - qara, yaşıl və qırmızı çaylardan istifadə edilir. Çay sidikqovucu xüsusiyyətə malikdir və orqanizmdə olan bir çox lazımsız toksinləri xaric edir. Mütəxəssislər çayı yeməkdən yalnız 2 saat sonra içilməsini tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [17:36]
Düzgün yastıq seçimi rahat yatmağa kömək edir
- 16.08.2023 [12:58]
Qodji ən qiymətli dərman bitkilərindən biridir
- 11.08.2023 [11:58]
Çimərlik və turizm obyektlərində qidalanma
- 11.08.2023 [01:09]
Səs titrəməsindən istifadə edilən qədim müalicə üsulu
- 05.08.2023 [15:52]
Hicama zamanı nəzərə alınmalı məqamlar
- 05.08.2023 [12:25]
Çay kimi tanınan sitrus bitkisi - Berqamot
- 04.08.2023 [12:42]
“Omeqa-3” balıq yağının faydaları və istehlak qaydaları
- 04.08.2023 [02:43]