Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vışka”: keçmiş ilə gələcək arasında informasiya körpüsü

Azərbaycanın rusdilli mətbuatının flaqmanlarından biri “Vışka” qəzetinin 90 yaşı tamam olur

Bakı, 27 fevral, AZƏRTAC

Martın 1-də Azərbaycanın qocaman dövri nəşrlərindən birinin - “Vışka” müstəqil ictimai-siyasi qəzetinin 90 yaşı tamam olur. Azərbaycanın rusdilli oxucularının neçə-neçə nəslinin sevimlisi olan bu qəzet 1928-ci ildən nəşr edilir. Şəxsən mənim üçün əsl jurnalistika məktəbi olmuş “Vışka” heç vaxt, heç bir səbəbdən asılı olmayaraq oxucularla əlaqəsini kəsməyib.

Mən bu qəzetə onun “qızıl dövründə” gəlmişdim. Nəşrin indiki baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, “Qızıl qələm” mükafatı və Ali Media Mükafatı laureatı, 1995-ci ildən bu günə qədər “Vışka”nın səmimi yaradıcı kollektivinə fasiləsiz rəhbərlik edən Mədinə xanım Həsənova bir əsrə yaxın tarixi olan qəzetin həmin dövrünü məhz “qızıl dövr” adlandırır. Yeri gəlmişkən, mən o vaxt bu gözəl kollektivə qəbul edildiyimə və bir jurnalist kimi formalaşmağıma görə məhz Mədinə xanıma borcluyam.

“Vışka”nın “qızıl dövründə” bu kollektivə istedadlı jurnalist, bacarıqlı təşkilatçı, xeyirxah yoldaş, gənclərin hamisi Gennadi Qriqoryeviç Qluşkov rəhbərlik edib (1973-1984-cü illər). Gennadi Qluşkov hələ o illərdə yaşadığı ölkənin dilini bilməyin vacibliyini başa düşür və Azərbaycan dilini öyrənirdi.

Həmin illərdə bizim redaksiyada Yuri Katkov, Osman Mirzəyev, Zaur Qədimbəyov, Vasili Zaytsev, Moisey Qoldberq, İradə Vəkilova, Faiq Zəkiyev, Dilbər Axundzadə, İshaq İnjaşvili, Vaqif Əliyev, Vladlen Busalayev, Əhmədxan Həmidov kimi işinin ustası olan jurnalistlərlə yanaşı, Oleq Neçipurenko, İbrahim Şükürov, Natalya Tahirova, Şamil Məcidov, Firəngiz Xancanbəyova, Rəhman Məmmədov, Nəcəf Nəcəfov, Azər Mürsəliyev, Rauf Talışınski və bir sıra digər gənc jurnalistlər işləyirdi.

Qəzetin baş redaktoru Mədinə Həsənova bu nəşrin yaranma tarixindən söhbət açaraq deyir: “Vışka”nın yaranma tarixi hələ 1927-ci ilin mayında başlanmışdı. 1928-ci il yanvarın 4-dən fevralın 8-dək qəzetin məqsədləri, vəzifələri, tirajı, formatı və dövriliyi müəyyən edildi. Yeni qəzetin adını xeyli götür-qoy etdilər. Variantlar çox idi: “Jelonka”, “Burovaya”, “Za neft”. Sonda “Vışka” adı üzərində dayandılar. Bu ad özü onu göstərir ki, yeni kütləvi informasiya vasitəsi ötən əsrin əvvəlində respublikada neft sahəsinin inkişafını işıqlandırmaq, “qara qızıl” hasil edən qəhrəman Azərbaycan neftçilərinin adi iş günlərindən yazmaq məqsədilə yaradılır. 1928-ci il martın 1-də səhər “Vışka” qəzetinin 15 min nüsxəsi Bakının və keçmiş SSRİ-nin bir sıra başqa şəhərlərinin qəzet köşklərinə daxil oldu. Qəzetin ikinci nömrəsi 20 min, üçüncü nömrəsi isə 25 min nüsxə tirajla çıxdı. 1929-cu ildə “Vışka”nın tirajı artıq 45 min nüsxəyə çatmışdı”.

M.Həsənovanın sözlərinə görə, o, “Vışka” qəzetinə rəhbərlik edən ilk qadın olmayıb: “İkinci Dünya müharibəsi illərində, kişilər cəbhəyə gedəndə “Vışka”nın məsul redaktoru Zoya Nikolayevna Belyayeva olub. Həmin illərdə bizim qəzetin ən parlaq səhifələri yaranır, fədakar Azərbaycan neftçilərinin səyləri sayəsində cəbhənin yanacaqla fasiləsiz təmin edilməsi barədə hər gün oxuculara məlumat çatdırılırdı”.

O vaxtadək Bakıda yayılan “Vışka” 1963-cü il mayın 1-dən etibarən böyük formatda nəşr edilməyə başlanır və şəhər qəzetindən respublika əhəmiyyətli gündəlik mətbu nəşrə çevrilir. Bu hadisə “Vışka”nın həyatının 36-cı ilində baş verir. O vaxt Azərbaycan KP MK-nın sənaye və tikinti üzrə katibi vəzifəsində çalışan məşhur neftçi Əli Cabbar oğlu Əmirov bu məsələdə çox böyük rol oynayıb.

1990-cı ilə qədər hər gün nəşr edilən və 120 min nüsxə, bəzən daha böyük tirajla keçmiş Sovet İttifaqının bütün ərazisində, həmçinin ABŞ, Avstriya, Almaniya Federativ Respublikası, İsveçrə, İsrail, Bolqarıstan, Polşa, Kuba, İran, Türkiyə, Suriya, Yəmən və başqa ölkələrdə yayılan bu nəşrin sayəsində dünya Azərbaycan neftçiləri tərəfindən dənizdə qazılmış və fontan vurmuş ilk neft quyusu, sahildən xeyli uzaqda, dirəklər üzərində salınmış şəhər - əfsanəvi Neft Daşları, Xəzərin təkindən “qara qızıl” çıxaran fədakar insanlar, sənayenin digər sahələrində, mədəniyyət, elm sahələrində qazanılmış uğurlar, habelə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti öyrənir.

Qəzetin güclü beynəlxalq əlaqələri vardı. Almaniya ilə sıx əlaqələr bu baxımdan xüsusi yer tuturdu. 1931-ci il aprelin 1-də Azərbaycan neftçiləri beşillik planın iki il yarıma yerinə yetirilməsi barədə raport verəndə Almaniyadan “Vışka”ya təbrik teleqramı gəldi, üç aydan sonra isə minlərlə bakılı fəhlə Almaniyadan gələn nümayəndə heyətini qarşıladı.

Öz tarixinin bütün dövrlərində ölkədə ən mühüm mətbu nəşrlərdən biri olmuş “Vışka”nın cəmiyyətdə mövqeyi heç vaxt zəifləməyib. İnformasiya əsri, internet əsri adlanan indiki dövrdə də bu qəzetin öz oxucuları var. İstər yaşlı nəslə mənsub oxucular, istərsə də gənclər arasında yenə populyar olan “Vışka”nın səhifələrində aktual mövzulara həsr edilmiş materiallarla yanaşı, operativ xəbərlər, tarixi məlumatlar da yer alır.

Mən bu redaksiyanın kandarından ilk dəfə daxil olanda kollektiv yubiley şənliklərini gözləyirdi. 1978-ci ildə 50 illik yubiley münasibətilə “Vışka” Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edildi. Bir il sonra bu ordeni “Vışka”nın bayrağına respublikanın rəhbəri, ümummilli lider Heydər Əliyev öz əli ilə taxdı. O vaxt mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi idim. Məhz həmin əlamətdar günlərdə bu çoxmillətli yaradıcı kollektivin üzvü oldum və bu kollektiv mənim öz peşəm üzrə formalaşmağıma çox kömək etdi.

1990-cı ildən “Vışka” müstəqil nəşrdir. Mədinə Həsənova həmin günləri xatırlayaraq deyir: “Bu, redaksiyamız üçün ən çətin dövr idi. Kim bilir, 1993-cü ildə Heydər Əliyev respublika rəhbərliyinə qayıtmasaydı bu qəzetin aqibəti necə olacaqdı. 1996-cı ildə Yeni Azərbaycan Partiyasının ilk iclaslarının birində Ulu Öndər bizim qəzetin taleyi ilə maraqlandı. “Vışka”nın çox pis vəziyyətdə olduğunu biləndə Dövlət Neft Şirkətinə (SOCAR) qəzetin maliyyə problemlərini həll etməyi tapşırdı. 1999-cu ildən SOCAR “Vışka”nın rəsmi həmtəsisçisi oldu.

1997-ci ildə “Vışka” respublika KİV-ləri arasında birincilər sırasında kompüter vasitəsilə səhifələnməyə başladı. 1999-cu ildən qəzet iki dildə - Azərbaycan və rus dillərində nəşr olunur. Yeri gəlmişkən, sovet dövründə “Vışka”nın baş redaktorunun müavini olmuş Osman Mirzəyev hələ o vaxt bu qəzetin Azərbaycan dilində də nəşr olunmasını arzulayırdı. (Xatırladaq ki, 1991-ci ildə içərisində Azərbaycanın görkəmli dövlət xadimləri və jurnalistlərin olduğu helikopterin Qarakənd səması üzərində ermənilər tərəfindən vurulması nəticəsində həlak olanlardan biri də Osman Mirzəyev idi).

Hazırda “Vışka” həftədə bir dəfə A3 formatlı 16 səhifədə çıxır.

2001-ci il martın 1-də qəzetin saytı da yaradılıb. Mədinə xanım deyir: “Bu tarixi “Vışka”nın ikinci doğum günü hesab etmək olar. Qəzetin elektron versiyası sayəsində Azərbaycan neftçilərinin bu nəşri dünyanın müxtəlif guşələrində yaşayan çoxsaylı oxucular arasında əlaqə vasitəsinə çevrilmək imkanı əldə edilib”.

Qəzet öz qədim ənənələrinin çoxunu bu gün də qoruyub saxlayır. Belə ənənələrdən biri “Vışka”nın nəzdində 1963-cü ildən fəaliyyət göstərən “Rodnik” (“Çeşmə”) ədəbi birliyidir. Yeri gəlmişkən, bu ədəbi birliyi yaratmaq təşəbbüsünü irəli sürmüş Əli Əmirov özü də yaxşı şeirlər yazırdı. Qəzetin səhifələrində “Rodnik” rubrikasında dərc olunan şeirlərin müəllifləri peşəkar şairlər deyil, neftçilər, pedaqoqlar, mühəndislər, alimlər və tələbələrdir.

Bu gün hansı mövzular qəzet üçün prioritet olaraq qalır? Mədinə xanım mənim bu sualımın cavabında bildirdi ki, neft və qaz, hava və dəniz nəqliyyatı, ictimai-siyasi həyat, elm və təhsil, mədəniyyət və turizm kimi mövzular bu gün də aktualdır.

Qəzetin baş redaktoru “Vışka”nın hər bir nömrəsinin aktuallığının və mövzu müxtəlifliyinin təmin olunmasına kömək edən müəlliflərə, həmçinin qəzetin layihələrində iştirak etməklə onu “üzdə saxlayan” tərəfdaşlara minnətdarlığını bildirdi.

Mədinə xanım bu qəzetlə bağlı gələcək planları barədə danışarkən 1996-cı ili xatırlayır: “Mən Heydər Əliyevə söz verdim ki, bu qəzeti qoruyub saxlayacağam. Onun “Bacararsanmı?” sualına cavabım belə oldu: “Çalışaram”. O isə gülərək dedi: “Sən gərək belə cavab verəydin: bacararam”. Mənim planım - vaxtilə məhv olmaq həddinə çatan və şəxsən Azərbaycan xalqının Ümummilli Liderinin xilas etdiyi bu qəzeti qorumaq, onu gələcək nəsillər üçün keçmişlə gələcək arasında informasiya körpüsü kimi saxlamaq, “Vışka”ya, eləcə də bu redaksiyada çalışmış, bu qeyri-adi nəşri qoruyub saxlamaqda bizə kömək etmiş insanların hamısına həsr olunan kitab nəşr etməkdir. Həmin kitab, demək olar ki, yığılıb, yalnız son ştrixlər qalır”.

Biz də “Vışka”nın kollektivini bu şanlı yubiley münasibətilə səmimi qəlbdən təbrik edir, onlara uğurlar və firavanlıq diləyirik!

Laçın Sultanova

AZƏRTAC-ın müxbiri

Azərbaycan Respublikasının Prezidenti yanında

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən keçirilən

müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada qonaqlıqda 8 nəfər zəhərlənib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın Qış Olimpiya komandasına dəstək: Milanda idmançılarla görüş

Tailandda seçkilər: İlkin nəticələrə görə mühafizəkar “Bhumcaytay” partiyası qalibdir

Səudiyyə Ərəbistanı Suriyadakı layihələri üçün “İlaf” İnvestisiya Fondu yaradıb

Misirdə iri həcmdə narkotik qaçaqmalçılığının qarşısı alınıb

Qərbi Azərbaycan İcması: Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib

Tbilisidə antisanitariya səbəbindən 9 məşhur restoran bağlanıb

Naxçıvan atleti ölkə üzrə rekord nəticə göstərib

Səudiyyə Ərəbistanı və Suriya birgə aviaşirkət təsis ediblər

Milandakı Qış Olimpiya Oyunlarında təqdim olunan milli formalar dizaynerlərin diqqət mərkəzindədir

Saloniki UNESCO tərəfindən “Qastronomiya şəhəri” seçilib

Neamts qalası: XVII əsrin gizli iqtisadiyyatı və saxta pul istehsalı

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

Marneulidə Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert verilib

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

“Odlar Yurdu” boks klubunun üzvü Berlində keçirilən beynəlxalq yarışda qələbə qazanıb VİDEO

Nadir metallar uğrunda yarışda Rumıniya Aİ-nin strateji xəritəsində ön plana çıxır

“Exit-poll”: Liberal Demokrat Partiyası parlamentdə üstünlüyü təmin edib

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

“Qış nağılı” festivalında “Bakı-Neapol: musiqi körpüsü” kamera axşamı keçirilib VİDEO

Gürcüstanın qərbində torpaq sürüşməsi baş verib

Naxçıvanda tətbiq olunan güzəştlər sahibkarların fəaliyyətinin genişlənməsi üçün güclü baza yaradacaq - ŞƏRH

Emil Əfrasiyab: Qəbələ festivalı mədəniyyətimizin təbliğinə xidmət edən gözəl ənənəyə çevrilib

Gürcüstanın fiqurlu konkisürmə komandası Qış Olimpiya Oyunları tarixində ilk dəfə finala yüksəlib

Naxçıvanda 8–18 yaşlı şahmatçılar arasında birinciliyə yekun vurulub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sulutəpə dairəsi istiqamətindəki təmir işləri ilə bağlı yollarda nəqliyyatın sıxlığı müşahidə edilir

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Əməkdar artist: “Qış nağılı” ölkəmizdə keçirilən nüfuzlu festivallardan biridir

Azərbaycan aliminin elmi məqaləsi Oksford Universitetinin jurnalında dərc edilib

Gənc ifaçı: Belə mötəbər festivalda iştirak etdiyimə görə qürur duyuram

Misli Premyer Liqasında XIX tura start verilir

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

Sulutəpə dairəsi istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

Gəncə Dövlət Milli Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası olub

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Gəncənin Şah Abbas məscidini ziyarət

Dünya birjalarında neft bahalaşıb

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Tailandda parlament seçkiləri keçirilir VİDEO

Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib

Yaponiyada parlament seçkiləri keçirilir

Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Azərbaycan karateçiləri Kiprdə keçirilən Avropa birinciliyində 4 bürünc medal qazanıblar

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

İspaniya səkkizinci dəfə qitə çempionu olub

"Mançester Yunayted"dən ardıcıl 4-cü qələbə, "Qarabağ"ın rəqibi evdə uduzub

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayıb

İsmayıllıda istirahət mərkəzində baş verən yanğın söndürülüb-YENİLƏNİB

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Elektron siqaretin görünməyən təhlükələri VİDEO

Azərbaycan pəhləvanı Türkiyədə qar üzərində güləş turnirinin qalibi olub

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirinin qalibi olub

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib

Güləş üzrə U-20 Azərbaycan çempionatı başa çatıb

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Bolqarıstan Sosialist Partiyasının sədri istefa verib

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb

Bədii rəhbər: 90 illik yubileyini qeyd edən Xor kollektivi səhnəyə kino musiqisi ilə çıxacaq

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

“Savadlı danışıq, xəbər dilində məsuliyyət” - təlim

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Azərbaycan sumo güləşçisi ilk dəfə Yaponiyada Hakuho kubokunda yarışıb VİDEO

Sudanda silahlıların hücumu nəticəsində 24 nəfər həlak olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

Tərtər sakini narkotikə görə həbs olunub

Naxçıvanda Tumbul kəndinə qazın verilişi müvəqqəti dayandırılacaq

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

Şəmkirdə ötən il baş vermiş qətlin üstü açılıb

Səudiyyə Ərəbistanı Suriya ilə yeni investisiya müqavilələri imzalayacaq

İşsizlik müavinətinin azaldılması finlərin gəlirlərini aşağı salıb

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi vətəndaşların təklifləri əsasında tamamlanır

Gürcüstan Prezidenti: Ümidvaram ki, ABŞ-la münasibətlərimiz dinamik şəkildə davam edəcək

AAYDA-nın İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

At ətini mal əti adı altında satmaq istəyən şəxslər saxlanılıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Nəsimi rayonunda 3,5 kiloqramdan çox narkotik vasitə aşkarlanıb VİDEO

Astarada torpaq sürüşməsi: Pensərçayda beton bəndlər çöküb

Sabahın hava proqnozu açıqlanıb

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir VİDEO

Türkiyə Suriyanın enerji sektoruna investisiyalarda həlledici rol oynayacaq

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

İsveçdə immiqrasiya qaydalarının geri tarixlə tətbiqi planlaşdırılır

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyi təbliğ olunub

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

Salyan sakini itkin düşüb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur VİDEO

FHN: Daha bir qanunsuz tikili sökülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb