YUBİLEY TƏBRİKLƏRİ
Vyetnam Xəbər Agentliyinin (VNA) baş direktoru
Loi Nguyen Duc
AZƏRTAC-ı 100 illik yubileyi münasibətilə təbrik edirəm. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik inkişaf prosesi həmişə Azərbaycan Respublikasının tarixini müşayiət edib. Bu gün AZƏRTAC özünü həm bölgədə, həm də dünyada mühüm və nüfuzlu dövlət xəbər agentliyi kimi təsdiqləyib.
2016-2019-cu illərdə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) sədri vəzifəsini uğurla yerinə yetirən AZƏRTAC bu müddət ərzində OANA-nın birləşmiş, peşəkar və humanizm dəyərlərinə sadiq regional media təşkilatı olaraq inkişafı üçün böyük səylər göstərib.
Çoxtərəfli mətbuat forumlarında məsul üzvü olmaqla yanaşı AZƏRTAC həm də dünyanın 50 ölkəsinin xəbər agentlikləri ilə də ikitərəfli münasibətlər qurmağa nail olub.
Vyetnam Xəbər Agentliyi və AZƏRTAC 2014-cü il oktyabr 3-də əməkdaşlıq haqqında saziş imzaladıqdan sonra davamlı məlumat mübadiləsi apararaq bir-birini hər iki ölkənin əhəmiyyətli siyasi və diplomatik tədbirləri, sosial-iqtisadi sahədə əlamətdar nailiyyətləri, mədəniyyət və adət-ənənələri, o cümlədən iki ölkə arasında əməkdaşlıq potensialı ilə bağlı rəsmi xəbərlərlə təmin ediblər.
Biz AZƏRTAC-ın müxtəlif mövzuları əhatə edən və müxtəlif müasir platformalarda geniş şəkildə yayılan xəbərlərinin keyfiyyətini yüksək qiymətləndiririk. İki xəbər agentliyi arasında məlumat mübadiləsi Vyetnam və Azərbaycan dövlətləri arasında ənənəvi dostluğun inkişafına böyük töhfə verib.
AZƏRTAC-ın yaranmasının 100 illiyi münasibətiləagentliyin rəhbərliyinə və kollektivinə möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayıram. AZƏRTAC-ın İdarə Heyətinin sədri, yaxın dostum Aslan Aslanova agentliyi daha böyük uğurlara doğru aparmaq istiqamətində böyük uğurlar diləyirəm.