İQTİSADİYYAT
YEVLAXDA QAZ ÇƏKİLİŞİ SÜRƏTLƏ APARILIR
Yevlax şəhərində təbii qaz təminatındakı problemləri aradan qaldırmaq məqsədi ilə fərdi və ictimai yaşayış binalarına yeni qaz xətləri çəkilir. İndi şəhərdə 6 min nəfərə yaxın ailə təbii qazdan istifadə edir.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əhalinin təbii qaza olan tələbatını ödəmək üçün yüksək təzyiqli “Yevlax-Naxçıvan” qaz kəmərinin üzərində yeni qazpaylayıcı stansiya və orta təzyiqli daşıyıcı qaz kəməri inşasının 1,6 milyard manatlıq layihə-smeta sənədləri hazırlanmışdır. Son vaxtlar daxili imkanlar hesabına 5 ədəd ictimai yaşayış binasının 216 mənzili qazlaşdırılmış, 16 qaztənzimləyici şkaf bərpa olunmuşdur. İstismar müddəti başa çatmış qaz kəmərləri təzələnir, qışa hazırlıqla bağlı təmir işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [14:49]
BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb
- 10.05.2024 [13:17]
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb
- 10.05.2024 [13:14]
Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb
- 10.05.2024 [12:55]
BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib
- 10.05.2024 [12:54]
Britaniya iqtisadiyyatında geriləmə dayanıb
- 10.05.2024 [12:43]
“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib
- 10.05.2024 [12:32]