ELM VƏ TƏHSİL
Yeni implantat epilepsiya tutmalarının qarşısını alacaq
Bakı, 31 avqust, AZƏRTAC
Böyük Britaniyanın Kembric Universiteti və Fransanın Paris Dağ Məktəbinin tədqiqatçıları epilepsiya tutmasının ilkin əlamətlərinə reaksiya verən qurğunu siçanların beyninə implantasiya ediblər. Tutmanın dayandırılması üçün qurğuya bir faizdən az kimyəvi maddənin yerləşdirilməsi tələb olunur. Buna görə də implantat xeyli vaxt ərzində əlavə enerjidoldurmaya ehtiyac duymadan işləyə bilir.
AZƏRTAC naukatv.ru saytına istinadla xəbər verir ki, implantat insan saçından iki dəfə daha qalın plastik kütlədən hazırlanıb. İstehsalçılar implantın yaxın 2 il ərzində insanlar üzərində sınaqdan keçirilə biləcəyini iddia edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]