DÜNYA


Yunanıstan beynəlxalq sərnişinlər üçün koronavirusla bağlı məhdudiyyətlərini sərtləşdirir

Afina, 19 sentyabr, AZƏRTAC

Yunanıstan beynəlxalq sərnişinlər üçün koronavirusla bağlı məhdudiyyətlərini sərtləşdirir. Ölkənin Mülki Aviasiya İdarəsi, beynəlxalq uçuşlarda sərnişinlər üçün koronavirus tələbləri ilə əlaqədar hava təlimatını (notam) genişləndirib. Belə ki, Avropa İttifaqı və Şenqen ölkələri vətəndaşları, onların həyat yoldaşları, az yaşlı uşaqları, bu ölkələrdə yaşayış icazəsi olan digər ölkə vətəndaşlarlarından başqa üçüncü ölkə vətəndaşlarının Yunanıstana girişi qadağan edilir. Qanun Avstraliya, Şimali Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri, Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq, İsrail, Kanada, Belarus, Bəhreyn, Yeni Zelandiya, Qətər, Çin, Küveyt, Ukrayna, Azərbaycan və digər ölkələrdə gələn sərnişinlərə şamil edilmir.

Vətəndaşlığından asılı olmayaraq Yunanıstana səyahət edənlərin hamısı uçuşdan əvvəl https://travel.gov.gr ünvanında Elektron Sərnişin Axtarış Formunu (PLF) doldurmalıdırlar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.