İQTİSADİYYAT


ZAQATALA BEYNƏLXALQ HAVA LİMANI FƏALİYYƏTİNİ BƏRPA ETMİŞDİR

Bakı, 18 iyul (AZƏRTAC). Prezident İlham Əliyevin iyulun 8-də Zaqatalaya səfəri zamanı bu bölgəyə təyyarə uçuşlarının bərpa olunması barədə göstərişindən sonra Bakı-Zaqatala-Bakı reysi yenidən həyata keçirilməyə başlamışdır.

AZƏRTAC xəbər verir ki, hava limanın fəaliyyətini dayandırmasına səbəb sərnişinlərin az olması idi. Sərnişin avtobuslarının gecə reyslərinin dayandırılmasından sonra təyyarə reysinin yenidən fəaliyyətə başlamasına zərurət yaranmışdı.

Uçuşların həftənin II və VI günləri həyata keçirildiyini deyən Zaqatala beynəlxalq hava limanının direktoru Nizami Babayev bildirmişdir ki, təyyarə səhər saat 10.00-da Bakıdan Zaqatalaya, saat 12.00-da isə Zaqataladan Bakıya hərəkət edəcəkdir. Uçuşlar Fransa istehsalı olan “ATR-52” tipli təyyarədən istifadə etməklə həyata keçirən beynəlxalq hava limanı 1 saat ərzində 100 sərnişinə xidmət göstərmək gücünə malikdir.

Qiymətlərə gəlincə isə bir tərəfli uçuş 52 manat, iki tərəfli uçuş isə 104 manat təşik edir.

Hava limanı müxtəlif istiqamətlərə uçuşlar həyata keçirməyə hazırdır və həmin uçuşlar cari ildən nəzərdə tutulur.

Xatırladaq ki, 2008-ci ilin avqustundan istifadəyə verilən Zaqatala hava limanına beynəlxalq status verildikdən sonra dünyanın əksər ölkələrinə bu haqda məlumat göndərilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.