İQTİSADİYYAT
® “BirKart” millərini Türk Hava Yollarının millərinə dəyişmək mümkün oldu
“Kapital Bank”ın təqdim etdiyi “BirKart Miles” (BKM) kartında nağdsız ödənişlər edərkən yığılan milləri Türk Hava Yollarının (THY) millərinə birə-bir dəyişmək mümkündür.
Əgər müştərinin həm “BirKart Miles”də, həm də Türk Hava Yollarının mil toplama proqramında milləri varsa, onları “BirBank” mobil tətbiqi vasitəsilə birləşdirib, sonra isə həmin millər vasitəsilə aviabilet almaq mümkündür.
Qeyd edək ki, “BirKart”ın 3 növü var - taksit, taksit/cashback və taksit/miles. “BirKart” bir sıra üstünlüklərə malikdir. 18 ayadək faizsiz taksit ilə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5 faizdən 30 faizədək “Cashback” imkanı mövcuddur, SMS məlumatlandırma xidməti isə pulsuzdur.
“BirKart” haqqında ətraflı məlumat üçün “www.birkart.az” saytına, “196” Sorğu Mərkəzinə və ya kartın “Facebook” səhifəsinə “www.facebook.com/birkart.az” müraciət etmək olar. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə və ya (+994 51) 250-99-99 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət etmək mümkündür.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 100 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir.