Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır

Bir tibb müəssisəsini tanımaq üçün onun haqqında yazılmış hesabatlara, statistik rəqəmlərə və təqdim olunan xidmətlərin siyahısına baxmaq kifayət etmir. Bunun üçün həmin xəstəxananın dəhlizlərindən keçmək, palatalarına daxil olmaq, həkimlərin pasiyentlərlə münasibətini görmək, reanimasiya və təcili yardım bölmələrindəki gərgin iş ritmini müşahidə etmək lazımdır. Elə bu məqsədlə də Mərkəzi Gömrük Hospitalına üz tutduq.

İlk xoş təəssüratı buradakı səliqə-sahman, nizam-intizam və müasirlik yaratdı. Hospitalın ayrı-ayrı bölmələrində istifadə olunan tibbi avadanlıqlar, diaqnostika və müalicə imkanları, həkimlərin və orta tibb heyətinin işə münasibəti burada səhiyyənin yalnız maddi-texniki bazasının deyil, həm də insan kapitalının əsas meyar olduğunu göstərir. Diqqətimizi bir məqam cəlb edir - müasir avadanlıq öz-özlüyündə möcüzə yaratmır, onu idarə edən peşəkar həkim, düzgün qərar verən komanda və pasiyentin həyatına məsuliyyətlə yanaşan tibb işçisi həmin texnologiyanı real müalicə nəticəsinə çevirir. Mərkəzi Gömrük Hospitalında isə bu iki amilin - müasir texnologiya ilə peşəkarlığın vəhdəti hiss olunur.

Mərkəzi Gömrük Hospitalı 2008-ci ilin dekabrında fəaliyyətə başlayıb. İlk gündən qarşıya qoyulan məqsəd yalnız gömrük əməkdaşlarına tibbi xidmət göstərmək olmayıb. Bu gün hospital respublika əhalisinə xidmət göstərən, müxtəlif ixtisaslar üzrə müasir tibbi yardımın təşkil olunduğu mühüm səhiyyə müəssisələrindəndir. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov söhbətimiz zamanı bu inkişafın ayrı-ayrı uğurlarına toxunaraq, bunun əsasında uzunmüddətli və ardıcıl iş dayandığını vurğuladı. Hospitalda əsas istiqamətlərdən biri müasir tibbin ən mürəkkəb sahələrində xidmətlərin inkişaf etdirilməsidir. Qaraciyər və böyrək transplantasiyası, açıq ürək əməliyyatları, invaziv kardiologiya, beyin ölümü donorlarından orqan köçürülməsi kimi istiqamətlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə, hospitalın fəaliyyəti deyil, eyni zamanda səhiyyənin imkanlarının genişləndirilməsi prosesinin bir hissəsidir.

Hospitalın rəisi baş həkim, tibb xidməti polkovniki Bəxtiyar Musayev isə hospitalın fəaliyyətini konkret rəqəmlərlə ifadə etdi. 74 çarpayılıq hospitalda 2025-ci ildə 150-dən çox qaraciyər və böyrək transplantasiyası, 600-dən çox açıq ürək əməliyyatı həyata keçirilib. Gün ərzində 27 koronar angioqrafiyanın və 10 stend əməliyyatının aparılması isə invaziv kardiologiyanın hansı iş yükü ilə fəaliyyət göstərdiyini təsəvvür etməyə imkan verir.

Bu rəqəmlər ilk baxışda, sadəcə, statistika təsiri bağışlaya bilər. Amma hər bir rəqəmin arxasında bir insan taleyi dayanır. Elə buna görə də xəstəxananın uğurunu yalnız əməliyyatların sayı ilə ölçmək düzgün olmaz, əsas məsələ həmin əməliyyatların insan həyatına verdiyi nəticədir.

Hospitalın Reanimasiya şöbəsinə daxil olanda isə səhiyyənin ən ağır və məsuliyyətli sahələrindən birinin necə böyük gərginlik tələb etdiyi daha aydın görünür. Burada zaman başqa cür ölçülür. Bir neçə saniyə bəzən insan həyatının taleyini müəyyənləşdirə bilir. Reanimatoloqun qərarı, anestezioloqun peşəkarlığı, tibb bacısının diqqəti, bütün komandanın bir-birini tamamlaması kritik vəziyyətdə olan pasiyentin həyatının xilas edilməsində həlledici rol oynayır. Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqov ilə söhbətimizdən də məlum olur ki, burada iş yalnız xəstənin vəziyyətini sabitləşdirməklə bitmir, həm də pasiyentin bütün həyati göstəriciləri fasiləsiz izlənilir, müalicə taktikasına vəziyyətə uyğun operativ dəyişikliklər edilir. Bu şöbədə çalışanların üzərinə böyük məsuliyyət düşür. Bunu 2026-cı ilin mayında yaşanan hadisə də təsdiqləyir. Bakı Dövlət Universitetinin 70 yaşlı professoru Hikmət Əlizadə iş yerində ürək nahiyəsində narahatlıq hiss etdikdən sonra hospitala çatdırılıb. Vəziyyəti ağırlaşıb, arterial təzyiqi kəskin aşağı düşüb, ürək döyüntüləri sürətlənib. Hospitala çatdırılarkən ürəyi dayanıb. Həkimlər dərhal reanimasiya tədbirlərinə başlayıblar. Onun üzərində təxminən 20-30 dəqiqə ürək masajı aparılıb. Pasiyent klinik ölüm vəziyyətindən çıxarıldıqdan sonra angioqrafiyaya götürülüb. Koronar damarlardakı tıxanıqlıq müəyyən edilib və invaziv kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu və komandası tərəfindən təcili müdaxilə həyata keçirilib. Bu hadisə bir daha göstərir ki, xəstəxananın ən böyük gücü yalnız cihazlarında deyil, həmin cihazların arxasında dayanan insanlardadır.

Ürək-damar xəstəlikləri zamanı həkimin verdiyi qərarın bir neçə dəqiqə ərzində insan həyatının gələcəyini müəyyənləşdirən anlar olur. Ürəyinə stend qoyulan Əlivahid Şıxəliyev də həmin gün belə anları yaşayıb. O, Mərkəzi Gömrük Hospitalında göstərilən tibbi xidmətdən və kardioloq İlqar Tahiroğlunun peşəkarlığından minnətdarlıqla danışır. Əlivahidin sözlərindən xəstəlikdən sonrakı rahatlıq və həkimə olan inam açıq hiss olunur. Onun üçün İlqar Tahiroğlu, sadəcə, tibbi müdaxilə həyata keçirən həkim deyil, ürəyinin yenidən normal fəaliyyət göstərməsinə, həyatına daha böyük inamla davam etməsinə kömək edən insandır. Pasiyentin həkiminə təşəkkürü tibdə ən səmimi qiymətləndirmələrdən biridir. Çünki xəstə həkimin əməliyyat otağında göstərdiyi peşəkarlığın nəticəsini həyatında hiss edir.

Hospitalda olduğumuz gün diqqətimizi çəkən hadisələrdən biri də Lənkərandan gələn Əlövsət Babayevin taleyi oldu. Əlövsət bir gün əvvəl əməliyyat olunmuşdu. Amma bu gün onun üçün yalnız əməliyyat günü deyildi, həm də doğum günü idi. Bir insanın doğum günündə xəstəxana otağında olması ilk baxışda kədərli görünə bilər. Lakin Əlövsətin yaşadığı hiss tamam başqa idi. O, həmin günə, sadəcə, bir yaşını da artırdığı tarix kimi yox, həyatının yenidən başlandığı gün kimi baxırdı. Onun üzündə əməliyyatdan sonrakı yorğunluqla yanaşı, böyük bir rahatlıq və minnətdarlıq hiss olunurdu. Söhbət zamanı həkimi Kənan Əsədov haqqında danışarkən söylədiyi bir cümlə isə yaddaşımızda qaldı: "Mənə ikinci həyatı Kənan Əsədov verdi". Bu, bəlkə də bir həkim üçün eşidilə biləcək ən böyük təşəkkürdür. Çünki həkim xəstəyə yalnız tibbi yardım göstərmir, bəzən o, insanın itirmək üzrə olduğu ümidi geri qaytarır. Əlövsət Babayevin həmin gün doğum gününü qeyd etməsi də bu baxımdan xüsusi məna daşıyırdı. O, yeni yaşına yeni bir ümidlə qədəm qoyurdu.

Reanimasiya şöbəsində hər hadisənin öz hekayəsi var. Bəzən isə həmin hekayə tibb elminin imkanlarını belə sınağa çəkir. Baş həkim Bəxtiyar Musayev söhbətimiz zamanı belə hadisələrdən birini xüsusi xatırlayır - Qəzənfər Mirzəyevin həyat uğrunda mübarizəsini. 59 yaşlı Qəzənfər Mirzəyevin angioqrafiya zamanı ürəyi 45 dəqiqə dayanıb. Həkimlər bu müddət ərzində mübarizəni dayandırmayıblar. Ürək masajı və reanimasiya tədbirləri nəticəsində qan dövranı yenidən hərəkətə gətirilib.

Bəxtiyar Musayevin sözlərində həmin anların məsuliyyəti açıq hiss olunur. Həkim deyir ki, 45 dəqiqə ürək masajından sonra həyata qaytarılan xəstənin özünə gələcəyinə inanmaq çətin idi. Belə uzunmüddətli qan dövranının dayanması beyində və digər həyati vacib orqanlarda müəyyən fəsadlar yarada bilərdi. Amma Qəzənfər bütün bu narahatlıqları geridə qoydu. Avqustun 19-da əməliyyat olunan 59 yaşlı pasiyentin vəziyyəti yaxşıdır və yaxın günlərdə - cəmi bir-iki gün ərzində evinə yola salınması gözlənilir.

Yenidən "dünyaya gələn" Qəzənfər Mirzəyev - "Bəxtiyar Musayevə və bütün həkimlərə sonsuz minnətdaram. Mənə yenidən həyat bəxş etdilər. Allah hamısından razı olsun", - deyir.

Təcili yardım əməkdaşlarının işi də eyni dərəcədə yüksək məsuliyyət tələb edir. Onlar üçün pasiyentin hospitala gətirilməsi müalicənin başlanğıcıdır. Təcili yardım şöbəsinin rəisi Füzuli Abışov deyir ki, ağır vəziyyətdə olan insanın düzgün qiymətləndirilməsi, lazımi şöbəyə operativ yönləndirilməsi və həkim komandasının işinin koordinasiyası bəzən həyatla ölüm arasındakı fərqi müəyyən edir. Hospitalda təcili yardım və reanimasiya əməkdaşlarının peşə hazırlığının artırılması istiqamətində keçirilən təlimlər də təsadüfi deyil. Tibb işçiləri ilə yanaşı, təcili yardım sürücüləri, sanitarlar və digər əməkdaşlar üçün ilkin həyat dəstəyi - BLS üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi bütöv komandanın fövqəladə vəziyyətlərə hazırlığını artırır. Ağır vəziyyətdə olan xəstə üçün hospitalın qapısından reanimasiya otağına qədər keçən hər saniyənin qiyməti var.

Bizimlə söhbət edən ayrı-ayrı pasiyentlərdən və onların yaxınlarından eyni təşəkkür ifadəsini eşitmək mümkündür. Onlar həkimlərin diqqətindən, çətin vəziyyətdə yanlarında olmasından, müalicə prosesinin izah edilməsindən, tibb personalının münasibətindən danışırlar. Bəzi xəstələr üçün həkimin bir kəlmə təsəllisi, bir tibb bacısının qayğısı ən güclü dərmandan belə qiymətli olur. İnsan xəstəxanaya sağlam getmir, o, narahatlıqla, qorxu ilə, bəzən isə ümidsizliklə gəlir. Buna görə pasiyentin müalicə ilə yanaşı, insani münasibətə də ehtiyacı var.

Mərkəzi Gömrük Hospitalının fəaliyyətində xüsusi diqqətçəkən istiqamətlərdən biri orqan transplantasiyasıdır. Transplantasiya adi cərrahi əməliyyat deyil. Burada yalnız yüksəkixtisaslı cərrahların olması kifayət etmir. Donorun müəyyənləşdirilməsindən orqanın götürülməsinə, laborator və immunoloji müayinələrdən əməliyyata, reanimasiya mərhələsindən sonrakı uzunmüddətli müşahidəyə qədər bütöv bir sistem işləməlidir. Bu baxımdan, hospitalda qaraciyər və böyrək transplantasiyalarının genişləndirilməsi Azərbaycan səhiyyəsinin mühüm nailiyyətlərindən biridir. 2025-ci ildə burada 150-dən çox qaraciyər və böyrək transplantasiyasının həyata keçirilməsi bu sahənin sistemli fəaliyyət istiqamətinə çevrildiyini göstərir. Bundan əlavə, 22 iyul 2025-ci ildə Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası əməliyyatlarının həyata keçirilməsi üçün icazə verilməsi transplantologiyanın yeni mərhələsinə keçid baxımından mühüm hadisədir. Meyit donorlarından orqan transplantasiyalarının icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi də bu sahənin sosial əhəmiyyətini artırır. Burada söhbət yalnız tibbi texnologiyadan getmir, həm də başqa bir insanın həyatını davam etdirmək üçün öz orqanının bağışlanmasına razılıq verməsindən, donor ailələrinin ağır qərarından, həkimlərin böyük məsuliyyətindən, nəhayət, bir insanın həyata yenidən bağlanmasından gedir. Transplantasiya - tibbin insan həyatına verdiyi ən böyük ümidlərdən biridir.

Hospitalda uşaq cərrahiyyəsi istiqamətində görülən işlər də xüsusi diqqət çəkir. Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, cərrah və uroloq Vüsal Cəfərovun rəhbərliyi ilə mürəkkəb anadangəlmə patologiyaların və təcili cərrahi vəziyyətlərin müalicəsi həyata keçirilir. Yeni doğulmuş körpədə təxminən 10 santimetr ölçüdə büzdüm sümüyü teratomasının çıxarılması, 10 yaşlı uşağın qaraciyərində exinokokk kistasının əməliyyat olunması, anadangəlmə penil əyriliyin aradan qaldırılması, 11 aylıq körpənin ürək qüsuruna görə əməliyyat edilməsi - bunların hər biri pediatrik cərrahiyyənin nə qədər böyük məsuliyyət tələb etdiyini göstərir. Burada ən kiçik pasiyentin belə taleyi bütöv komandanın diqqətində olur.

Hospitalın kardiologiya və ürək-damar cərrahiyyəsində qazandığı nəticələr də diqqətəlayiqdir. Qafqaz regionunda ilk dəfə Mitral Clip prosedurunun həyata keçirilməsi, beşaylıq körpəyə ağciyər qapağının stenozu ilə bağlı balon valvuloplastikanın aparılması, yüzlərlə açıq ürək əməliyyatının icrası bu sahədə formalaşmış peşəkar potensialın göstəriciləridir. Burada bir tərəfdən ən mürəkkəb ürək-damar patologiyaları müalicə olunur, digər tərəfdən yeni doğulmuş uşaqların sağlamlığı üçün müasir diaqnostika imkanlarından istifadə edilir. Yeni doğulmuşların kompleks müayinəsi proqramında pediatr, kardioloq, nevroloq və oftalmoloqun müayinələri, beyin ultrasəsi və exokardioqrafiya, laborator analizlər kimi xidmətlərin bir araya gətirilməsi də erkən diaqnostikaya verilən önəmin göstəricisidir.

Hospitalın travmatologiya və ortopediya komandası da mürəkkəb klinik hallarla işləyir. Ağır yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı travmalar alan 61 yaşlı Reyhan Pənayevanın müalicəsi zamanı bud sümüyünün açıq parçalı sınığı və digər ağır zədələnmələr mərhələli şəkildə cərrahi yolla müalicə edilib. 94 yaşlı Vəsmə Əhmədovaya bud-çanaq oynağının bipolyar endoprotezləşdirilməsinin uğurla həyata keçirilməsi, ikitərəfli diz artroplastikası və digər mürəkkəb əməliyyatlar ortopediya xidmətinin imkanlarını göstərir.

Mərkəzi Gömrük Hospitalının fəaliyyəti tibbi xidmətlərlə məhdudlaşmır. Autizm spektr pozuntusu olan uşaqlar üçün tibbi-sosial aksiyalar, valideyn himayəsindən məhrum uşaqların tibbi müayinəsi, şəhid ailələri və qazilər üçün pulsuz tibbi-sosial tədbirlər, gömrük əməkdaşlarının genişmiqyaslı tibbi müayinədən keçirilməsi, qanvermə aksiyaları və vaksinasiya kampaniyaları hospitalın sosial məsuliyyətini nümayiş etdirir. Belə tədbirlər müalicənin yalnız xəstəlik yarandıqdan sonra aparıldığını göstərir. Sağlamlığın qorunması, profilaktika və insanların maarifləndirilməsi də səhiyyənin mühüm vəzifəsidir.

Səhiyyənin inkişafı üçün ən böyük sərmayə insana qoyulan kapitaldır. Mərkəzi Gömrük Hospitalında isə bu sərmayənin nəticəsini hər gün əməliyyat otaqlarında, reanimasiya palatalarında, laboratoriyalarda, həkim kabinetlərində, ən başlıcası isə həyata qayıdan insanların gözlərində görmək mümkündür. Hospitalın ən böyük uğuru da məhz budur: insan həyatını qorumağı öz fəaliyyətinin əsas meyarına çevirmək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib

Azərbaycanın Qarsdakı baş konsulu diaspor nümayəndələri ilə görüşüb

® Mərkəzi Gömrük Hospitalı tibbi innovasiyaların tətbiq olunduğu qabaqcıl səhiyyə ocağıdır

Pərvin Əzizli: Gənclər yalnız problemlər haqqında danışmalı deyil, konkret həllər təklif etməlidirlər

Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb

Olimpiadalarda uğur qazanan gənc riyaziyyatçı: Elə gün olurdu ki, 10 saat hazırlaşırdım

Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçirilib

Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb

Azərbaycan ISSA-nın 15-ci Baş Assambleyasında təmsil olunub

Media: Azərbaycan-Mərakeş münasibətləri çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Qarabağa və Şərqi Zəngəzura bu il 400 mindən çox xırdabuynuzlu heyvan köçürülüb

Kəlbəcərin Zar kəndinə yaxın zamanda köç başlanacaq

Kəlbəcər şəhər parkının layihələndirilməsi yekunlaşıb

Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır

Gələn il Kəlbəcərdə 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq

Azad edilmiş ərazilərdə 3 min hektardan çox sahədə müasir suvarma sistemləri tətbiq olunur

Bu il Kəlbəcərə 400 mindən çox heyvan köçürüləcək

Azad edilmiş ərazilərə 200 mindən çox arı ailəsi köçürülüb

Nazir: Ötən il arıçılıq məhsullarının respublika yarmarkasında 83,5 ton məhsul satılıb

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Qubada 2 minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb VİDEO

Bu saata olan əsas xəbərlər

Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub

Diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri başa çatıb

XİN: “Belem Missiyası 1.5” Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib

Prezidentin xüsusi nümayəndəsi: Kəlbəcərdə arıçılıq yeni mərhələyə qədəm qoyur

Bəşir Hacıyev: Kəlbəcər böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir

Məcnun Məmmədov: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan milli məhsula çevirmək əsas hədəflərdəndir

Nazir: Kəlbəcərə 148 mindən çox arı ailəsinin köçürülməsinə icazə verilib

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib – YENİLƏNİB VİDEO

“II LCOY Azərbaycan 2026”nın ikinci günü Qubada keçirilib, Milli Gənclər Bəyanatı qəbul olunub – YENİLƏNİB

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

FAO-nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər VİDEO

Rumıniyada benzinin qiyməti tarixi maksimuma çatıb

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Çin diplomatı: Şuşada və Xankəndidə hər dəfə böyük dəyişikliklərin şahidi oluram VİDEO

Ankarada Əhməd bəy Ağaoğlunun barelyefi qoyulacaq

Moldovada Azərbaycanda vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verilib

Yunanıstan Aİ-də adambaşına düşən sığınacaq müraciətlərinin sayına görə birinci olub

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

Moldova səfiri: Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var VİDEO

ÜST-nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1-i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi sentyabrın 16-da yenidən aktivləşəcək

Xorvatiyada 192 mindən çox vətəndaşın bank hesabı borca görə bloklanıb

Paytaxtda yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü saxlanılıb

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

İnfeksion xəstəliklər üzrə mütəxəssislər Şamaxıda bir araya gəlib VİDEO

UNEC-də tələbələr üçün myUNEC mobil tətbiqi istifadəyə verilib

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Belarus səfiri: Qarabağda “Böyük Qayıdış” Proqramı real və əyani şəkildə həyata keçirilir VİDEO

Bilik Günündə 522 şagird yerlik Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbi istifadəyə veriləcək

Süni intellekt “Navye-Stoks bərabərliyi” tənliyini həll edib, amma riyaziyyatçılar narahatdır

Nazir: Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub

Afina və Buxarest arasında enerji bağlantıları gücləndirilir

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti: Şuşada və Xankəndidə gördüklərim məndə böyük təəssürat yaratdı VİDEO

Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər

İraq hökuməti Səudiyyə Ərəbistanına hücumlarla bağlı araşdırma aparır

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO

Fəxriyyə Xələfova: “Sıfır tullantı” Azərbaycan moda sənayesi üçün real və davamlı iqtisadi modelə çevrilə bilər

Qərbi Azərbaycan İcmasında Vətən, dəyərlər və gələcək mövzusunda görüş

Suriyada həbsxanada yanğın nəticəsində 7 məhbus həlak olub

Rumıniya bütün ölkə ərazisini əhatə edən genişmiqyaslı hərbi təlim keçirəcək

“Gazelli Art House Baku”da müzakirə: “Mikayıl Abdullayev: Səyahətlər, xatirələr, irs”

Bolqarıstanda hərbi sursat anbarlarında güclü partlayışlar baş verib

Səfir: Şuşaya vurulmuşam VİDEO

Səfir: Şuşaya vurulmuşam VİDEO

Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb

BOKT vəsaitlərinin aidiyyəti şəxslərə yönəldilməsinin qarşısının alınması nəzərdə tutulur

Sabahın hava proqnozu açıqlanıb

BOKT öhdəliklərinin kapitala nisbəti üzrə üç hədd müəyyənləşdirilib

Şirvanda oğurluq edən şəxs saxlanılıb

Azərbaycan neftinin qiyməti 120 dolları ötüb

16 yaşadək Azərbaycan basketbol millisi Türkiyədə ikinci yeri tutub

Türk dünyasının ədəbi-mədəni irsi ilə bağlı araşdırmalar təqdim olunub

Bu saata olan əsas xəbərlər

Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu. BDYPİ-dən xəbərdarlıq!

Qərbi Azərbaycan İcmasında bu il ali məktəblərə qəbul olmuş bir qrup gənclə görüş keçirilib

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

Xarici diplomatlar Gəncəsər monastırını ziyarət ediblər VİDEO

“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir

DİN: 34 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Bakıda mühüm simpozium: “Altayşünaslığın dünəni, bu günü və sabahı”

Zaqatalada yanğınla bağlı taktiki təlim keçirilib

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Fransada yanacaq bahalaşır: “Sarı jiletlilər” yenidən küçələrə çağırılır

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Sentyabrın 12-si Ümumdünya İlk Tibbi Yardım Günüdür

Bu gün Beynəlxalq Miqrenlə Mübarizə Günüdür

Britaniya Ordusu kəşfiyyat üçün kamuflyajlı atları sınaqdan keçirir

Tramp İrlandiyada Avropa liderləri ilə görüşəcək

Husilər Bab əl-Məndəb boğazındakı Perim adasını ələ keçiriblər

Tramp: Kanada avtomobil sənayesini qorumaq üçün ABŞ ştatına çevrilməlidir

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatıb

ABŞ Rusiyanı G20 enerji nazirlərinin görüşünə dəvət edib

İsrail və Livan arasında Romada keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb

Səudiyyə Ərəbistanı: Şərq-Qərb neft kəmərinə İraq ərazisindən hücum edilib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

MKİ 11 sentyabr terror hücumları ilə bağlı 71 sənədi açıqlayıb

Husilər: Hava zərbələri nəticəsində son bir həftədə 44 mülki şəxs ölüb

Pezeşkian: İran ABŞ-nin təzyiqi qarşısında təslim olmayacaq

Almaniyada ifrat sağçı siyasətçinin deportasiya ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub

Media: İsrail qüvvələri Dəməşqin qərbindəki kəndi atəşə tutub

Fransanın şimalında qatar relsdən çıxıb, 20 nəfər yaralanıb

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib

Səudiyyə Ərəbistanı Şərq-Qərb neft kəmərində əməliyyatları dayandırıb

“Fox News”: ABŞ qüvvələri İranla gərginlik fonunda gecə əməliyyatlarına hazırlaşır

“Fənərbağça” rəhbərliyi baş məşqçinin istefasını qəbul etməyib