Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu başa çatıb

Növbəti Altay Topluluqları Simpoziumunun Monqolustanda keçirilməsi qərara alınıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də AMEA-nın Əsas binasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun bağlanış mərasimi keçirilib.

AMEA-nın Media və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, bağlanış mərasimində Altay Cəmiyyətləri Akademik Qurumunun prezidenti, İstanbul 29 May Universitetinin professoru İlhan Şahin çıxış edərək XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun əhəmiyyətindən danışıb. O, Altayşünas alimləri bir araya gətirən, onların elmi əlaqələrinin möhkəmlənməsinə və gələcək əməkdaşlıqlarının inkişafına imkan yaradan ənənəvi simpoziumun bu il 1926-cı ildə Bakıda keçirilmiş və elm aləmində böyük əks-səda doğurmuş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunduğunu xatırladıb.

Sentyabrın 9-dan 12-dək AMEA-da davam edən simpoziumda müxtəlif ölkələrdən 120-yə yaxın alimin iştirak etdiyini söyləyən İlhan Şahin bu göstəricinin beynəlxalq elmi toplantıya marağın və onun illər ərzində formalaşmış nüfuzunun göstəricisi olduğunu vurğulayıb.

Bildirib ki, simpozium çərçivəsində təqdim olunan məruzələrin gələn il keçiriləcək növbəti toplantıya qədər kitab şəklində nəşr olunması və iştirakçılara təqdim edilməsi nəzərdə tutulur.

Altayşünas alimləri bir araya gətirən simpoziumlar silsiləsinin gələn il də davam etdiriləcəyini diqqətə çatdıran İlhan Şahin növbəti toplantının Monqolustan Elm və Texnologiya Universitetinin ev sahibliyi ilə Ulan-Batorda keçirilməsinin qərara alındığını söyləyib.

Sonra çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri AMEA-da keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunda mühüm elmi məruzələrin dinlənildiyini və geniş müzakirələrin aparıldığını bildirib. Qeyd edib ki, müasir qloballaşma dövründə hər bir xalq və etnos mədəniyyətlər və sivilizasiyalararası dialoq mühitində öz doğma ailəsini axtarır. O, Prezident İlham Əliyevin sözlərinə istinad edərək, türk xalqlarının ən böyük ailəsinin Türk dünyası olduğunu vurğulayıb.

Sərxan Xavəri XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmasını da mühüm və simvolik hadisə kimi qiymətləndirib. Vurğulayıb, 100 il əvvəl Türk dünyasının əsas mərkəzlərindən biri olan Azərbaycan bu missiyanı bu gün də uğurla davam etdirir.

O, Altay Simpoziumunun türk xalqlarının elminin, mədəniyyətinin, tarixinin və ədəbiyyatının öyrənilməsində xüsusi rol oynadığını vurğulayıb. Diqqətə çatdırıb ki, müasir dövrdə xalqların və dövlətlərin dünyada öz mövqeyini möhkəmləndirməsi elmin, biliyin və mədəniyyətin inkişafından, eləcə də informasiya imkanlarından səmərəli istifadədən keçir. Şöbə müdiri bu baxımdan Altayşünaslıq istiqamətində aparılan araşdırmaların yalnız tarixi və mədəni irsin öyrənilməsi deyil, eləcə də həmin irsin müasir informasiya məkanında tanıdılması baxımından əhəmiyyət daşıdığını deyib.

Daha sonra çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev vurğulayıb ki, dörd gün ərzində AMEA-da keçirilən simpoziumda Altayşünaslığın və türkologiyanın müxtəlif problemlərinə, o cümlədən folklor, ədəbiyyat, tarix, dil və mədəniyyət məsələlərinə həsr olunmuş 120-dən artıq məruzə dinlənilib. Qeyd edib ki, XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun ölkəmizdə və ümumilikdə Türk dünyasında xüsusi əhəmiyyət daşıyan Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunması olduqca əlamətdar hadisədir. 100 il əvvəl Türk dünyasının görkəmli ziyalı və alimlərini bir araya gətirən Birinci Türkoloji Qurultay yalnız elmi müzakirə platforması deyil, eyni zamanda, türk xalqlarının dili, tarixi, ədəbiyyatı, folkloru və mədəni irsi haqqında ortaq elmi düşüncənin formalaşması baxımından mühüm intellektual hadisə idi. Qurultay müxtəlif elm sahələrini bir araya gətirməklə türkoloji araşdırmaların gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm zəmin yaratmışdı.

“Təəssüf ki, sonrakı dövrdə Qurultay iştirakçılarının və türkoloji düşüncənin aparıcı nümayəndələrinin repressiyalara məruz qalması, eləcə də sovet ideoloji-senzura siyasətinin yaratdığı məhdudiyyətlər bu elmi ənənənin təbii inkişafına ciddi maneələr törətdi. Bununla belə, 100 il əvvəl yandırılan elmi-intellektual məşəl sönmədi. Bu gün həmin irs yeni tarixi və elmi şəraitdə yenidən aktuallaşır. Müasir mərhələdə türkologiya yalnız keçmişi öyrənən bir elm sahəsi kimi deyil, həm də türk xalqları arasında ortaq tarixi-mədəni yaddaşın, elmi əməkdaşlığın və intellektual əlaqələrin inkişafına xidmət edən mühüm platforma kimi öz əhəmiyyətini artırır”, - deyə Hikmət Quliyev əlavə edib.

Direktor türk xalqlarının ortaq mədəni irsinin, kollektiv yaddaşının və folklor sistemlərinin öyrənilməsi sahəsində elmi əməkdaşlığın genişləndirilməsinin Folklor İnstitutunun qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd edib.

Bağlanış mərasimində, həmçinin Macarıstanın Seqed Universitetinin professoru, Altayşünaslıq kafedrasının və Orta əsrlər və erkən yeni dövr macar tarixi kafedrasının müdiri Şandor Papp, rusiyalı tarixçi alim, tarix elmləri doktoru, professor Vladislav Kokoulin, hindistanlı professor Pool Badan, Qırğızıstanın dilçi alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Yenişgül Abdırasulova və digərləri çıxış edərək, yüksək elmi səviyyədə təşkil edilmiş simpoziumun Altayşünaslıq və türkoloji araşdırmaların inkişafı, alimlər arasında elmi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, Beynəlxalq Altay Topluluqları Simpoziumu ilk dəfədir Azərbaycanda keçirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO