İDMAN
"Bakı-2015" birinci Avropa Oyunlarında su polosu üzrə yarışların beşinci gününə start verilib [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14344370412070021285_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370413683912044_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370413411164678_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370412969628943_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370411735319973_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370413929558572_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370415233033087_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143443704147152748_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370415797947298_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370412512828892_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370412453311935_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370412233332775_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370412270262391_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370413518353431_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434437041187252923_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434437041331595755_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370413795238695_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370414334746254_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370415939648265_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344370414707741683_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434451099532332920_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434451099702029678_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344510992206528849_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344510995633454110_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434451099261043784_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344510994574436466_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344510995652838187_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344510996524962456_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344510991572460276_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344510992849832202_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434451099318158247_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344510994230636320_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434451099169264133_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434451099469089392_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143445109962338489_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344510992335539141_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344619401210056581_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344619404384639700_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344619402604262707_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344619406135250195_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434461940865957389_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143446194031722814_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344619401079929562_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344619405016516443_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344619404686527426_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143446194015923390_1200x630.jpg)
Kişilərin mübarizəsində Almaniya-Slovakiya oyunun nəticəsi almanların xeyrinə başa çatıb - 13:7. Qadınlar arasında yarışda isə Macarıstan yığması 16:4 hesabı ilə Böyük Britaniya komandasının azarkeşlərini məyus edib.
Günün sonuncu oyununda kişilərin qrupunda Serbiya ilə Rumıniya, qadınlar arasında isə İspaniya ilə Fransa komandaları qarşılaşacaqlar.
17:25
Kişilərin qarşılaşmasında Yunanıstan komandası 16:7 hesabı ilə Fransa yığmasına qalib gəlib. Qadınların qrupunda isə Rusiya böyük xal fərqi ilə Serbiya komandasını məğlub edib - 28:3.
Növbəti yarışda - kişilərin mübarizəsində Almaniya-Slovakiya, qadınlar arasında isə Macarıstan-Böyük Britaniya görüşləri oynanılacaq.
15:55
Kişilərin yarışında mübarizə aparan Rusiya komandası 11:8 hesabı ilə Monteneqro yığması üzərində qələbə qazanıb.
Qadınların yarışında isə İtaliya-Slovakiya oyunu 18:7 hesabı ilə nəticələnib.
Növbəti oyunlarda kişilərin yarışında Yunanıstan və Fransa, qadınların mübarizəsində isə Rusiya ilə Serbiya qarşılaşacaq.
13:40
Kişi su poloçulardan ibarət Azərbaycan millisi Malta komandası üzərində 8:7 hesabı ilə qələbə qazanıb. Qadınların mübarizəsində isə Niderland komandası Almaniya kollektivini böyük hesabla məğlub edib - 16:4
Növbəti oyunlarda kişilərin yarışında Rusiya-Monteneqro, qadınlar arasında isə Slovakiya-İtaliya komandaları üz-üzə gələcək.
13:01
Kişilərin yarışında Ukrayna millisi ilə qarşılaşan Türkiyə yığması görüşdən qalib ayrılıb - 11:9. Qadınların yarışında isə Yunanıstan komandası 19:4 hesabı ilə İsrail yığması üzərində qələbə qazanıb.
Hazırda kişilərin yarışında Azərbaycan millisi Maltaya, qadınlar arasında isə Almaniya yığması Niderland komandasına qarşı mübarizə aparır.
11:36
Bakı, 16 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
"Bakı-2015" birinci Avropa Oyunlarında su polosu üzrə yarışların beşinci gününə start verilib.
AZƏRTAC xəbər verir ki, kişilərin yarışında Ukrayna-Türkiyə, Azərbaycan-Malta, Rusiya-Monteneqro, Yunanıstan-Fransa, Almaniya-Slovakiya, Serbiya-Rumıniya, qadınların mübarizəsində isə A qrupunda Yunanıstan-İsrail, Almaniya-Niderland, Macarıstan-Böyük Britaniya komandaları mübarizə aparacaq. B qrupunda isə Slovakiya-İtaliya, Rusiya-Serbiya, İspaniya-Fransa yığmaları qarşılaşacaqlar.
Hazırda kişilərin yarışmasında Ukrayna-Türkiyə, qadınlarda isə Yunanıstan-İsrail komandaları mübarizə aparırlar.