Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yubiley nəşri – 50-ci kitabı çapdan çıxıb

Bakı, 25 dekabr, AZƏRTAC

2008-ci ilin dekabr ayından başlayaraq nəşr olunan “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyi dövlətimizin uğurlu daxili və xarici siyasətini, ölkəmizin sosial-iqtisadi həyatının müxtəlif sahələrini, beynəlxalq aləmdə mövqeyini, bir sözlə, ən yeni tariximizi əks etdirən və bununla da fəaliyyət istiqamətlərimizi müəyyənləşdirən dəyərli kitablardır.

AZƏRTAC xəbər verir ki, bu günlərdə çoxcildliyin yubiley nəşri - 50-ci kitabı çapdan çıxıb.

                                             İnkişaf Prezidentin və xalqın məqsədidir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyi müasir həyatımızın güzgüsü, vaxtaşırı müraciət etdiyimiz nəşrlərdir.

Çoxcildliyin ilk kitabında yer almış "Biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsi, lap ən balaca, kiçik kəndi, qəsəbəsi, rayonu da inkişaf etsin... Bizim məqsədimiz budur. Əminəm ki, bu, bütövlükdə Azərbaycan xalqının məqsədidir və amalıdır" fikirlərini İlham Əliyev 2003-cü il oktyabrın 11-də Siyəzəndə zavodun istifadəyə verilməsi mərasimində söyləmişdi. “İnkişaf - məqsədimizdir” ifadəsinə bu gün milli deyil, qlobal müstəvidən yanaşsaq, görərik ki, çağırışlarla dolu bugünkü dünyada bu və ya digər dərəcədə yer tutmaq istəyən, müasir həyatla ayaqlaşmağa çalışan hər bir ölkə inkişafa can atır. Milli zəmində söylənilmiş bu fikir həm də qlobal məzmun daşıyaraq şüurları oyadır. "İlham Əliyev - İnkişaf məqsədimizdir" çoxcildliyinə daxil edilən materiallar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərin bir amala -ölkənin inkişafına xidmət etməsi barədə oxucuda dolğun təsəvvür yaradır.

                                         İnkişafın Azərbaycan modelinin obyektiv mənzərəsi

Əgər 1997-2013-cü illərdə nəşr edilmiş “Heydər Əliyev. “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin 46 kitabında yer alan materiallarda Azərbaycanın müstəqillik dövrünün ilk mərhələsi əks olunubsa, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyində Ulu Öndərin müdrik siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişafın Azərbaycan modelinin yeni mərhələdə obyektiv mənzərəsi canlanır. Doğrudur, yeni mərhələnin, eləcə də çoxcildliyə daxil edilən materialların təhlili ayrıca bir tədqiqat mövzusudur. Lakin bu materiallar oxucuda dövlətimizin başçısının qlobal dünyanın müasir çağırışlarına uyğun, hətta bu çağırışları qabaqlayan düşünülmüş siyasəti, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq istiqamətində gördüyü böyük işlər barədə geniş təsəvvür yaradır. Belə ki, oxucu kitabda dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət, islahatların milli inkişaf modelinin uğurlu nəticələri ilə tanış ola bilir. Məsələn, yubiley nömrəsində yer alan materiallardan biri Prezident İlham Əliyevin regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyi nitqdir. Dövlətimizin başçısı bu nitqində deyib: “Uğurlarımızın təməlində iqtisadi siyasət, islahatlar və bir də güclü nizam-intizam dayanır. ... Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Bununla bərabər, indi böhran içində çabalayan inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək və görərək bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir. Avropada biz nəyi görürük? Dövlət öz üzərinə böyük öhdəliklər götürür. Bankları, böyük müəssisələri müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur. Biz bu siyasəti 2004-cü ildən başlamışıq. O vaxt daha çox beynəlxalq maliyyə qurumlarının kreditlərindən asılı idik. Bizə məsləhətlər, tövsiyələr verilirdi ki, dövlət bu işlərə qarışmasın, özəl sektor özü inkişaf etsin, dövlət kənarda dayansın. Necə ola bilər?! Bu bizim ölkəmizdir. İstər dövlət, istər özəl şirkət olsun, bu, Azərbaycan şirkətidir. Necə ola bilər ki, kömək etməyək?! Ona görə bizim dəstəyimiz vacibdir".

Çoxcildliyə daxil edilən materiallar, o cümlədən Azərbaycan Prezidentinin bölgələrə səfərləri, istehsal müəssisələrinin, təhsil, səhiyyə, nəqliyyat, turizm və digər infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirakı barədə informasiyalar, sosial-iqtisadi məsələlərlə bağlı tövsiyə, çıxış və nitqləri oxucuda inkişafa aparan yollar barədə əyani təsəvvür yaradır.

                                      Cənubi Qafqaz reallıqları və Avropanın enerji təhlükəsizliyi

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyində yer alan materiallar sırasında dövlətimizin başçısının müxtəlif ölkələrə rəsmi və işgüzar səfərlərinə, eləcə də xarici dövlətlərin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana gəlmiş rəhbərləri və vəzifəli şəxsləri ilə keçirdiyi görüşlərə dair informasiyalar, taleyüklü məqamlarda verdiyi bəyanatların, beynəlxalq konfranslarda söylədiyi nitqlərin mətnləri həm də Cənubi Qafqazdakı reallıqları əks etdirir. Prezident İlham Əliyevin bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasəti diqqətə çatdırılır, Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək göstərilməsi üçün dünya ictimaiyyətinə çağırışlar edilir. Oxucu bu kitablarda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu, yeni neft strategiyasının uğurlu nəticələrini əks etdirən məlumatlarla da tanış olur.

                                          Gənc nəslin vətənpərvərlik tərbiyəsinə töhfə

Yubiley kitabı Prezident İlham Əliyevin Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin açılışı mərasimində iştirakına dair materialla başlayır. Yəqin ki, bunun rəmzi mənası var. Dövlətimizin başçısı Azərbaycanın oğul və qızlarını hər zaman mərd və yenilməz görmək istəyir. Ümumiyyətlə, çoxcildliyə dövlətimizin başçısının xalqımızın qəhrəman övladlarının, tarixi şəxsiyyətlərinin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərə dair xeyli material daxil edilib.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyində İlham Əliyevin Azərbaycanın Baş naziri olduğu dövrdən başlayaraq ölkəmizin inkişafı, beynəlxalq aləmdə sayılıb-seçilməsi istiqamətində atdığı inamlı addımları əks etdirən və xronoloji ardıcıllıqla yerləşdirilən materiallar - keçirdiyi görüşlər, beynəlxalq konfranslarda söylədiyi nitqlər və çıxışlar, KİV-lərə müsahibələri, bəyanatları, məktubları oxucunun gözləri qarşısında dövlətimizin başçısının əzmkarlığını, hər kəsə örnək ola biləcək yorulmaz fəaliyyətini əks etdirir. Təbii ki, bütün bunlar gənclərin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyətə malikdir.

                                          Yubiley kitabı 2012-ci ilin fevral-aprel aylarını əhatə edir

Bu cilddə dövlətimizin başçısının Koreya Respublikasına işgüzar səfəri, Seulda Nüvə Təhlükəsizliyi Sammitində nitqi, Çexiyaya dövlət səfəri, həmçinin Polşa, Gürcüstan, Xorvatiya və Qırğız prezidentlərinin Azərbaycana səfərləri zamanı aparılan danışıqlar, enerji və qeyri-neft sektorunda əməkdaşlığa dair imzalanan müqavilələr, sazişlər barədə materiallar toplanılıb.

Yubiley nəşrinə Azərbaycan Prezidentinin Türkiyə, Latviya, Serbiya, Rumıniya, Pakistan, Argentina, Malayziya, Çili, Rusiya, Niderland, Fransa, Almaniya və digər dövlətlərin, Avropa İttifaqı, ATƏT, Dünya Gömrük Təşkilatı, Dünya Bankı və digər nüfuzlu qurumların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar da daxil edilib.

Çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq tədbirlərin, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin "Beyin mərkəzləri"nin III Forumunun, II İqtisadi siyasət Forumunun, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının, XV Avrasiya İqtisadi Zirvə toplantısının iştirakçılarına müraciətləri, təbrikləri, məktubları, mədəniyyət və din xadimləri ilə görüşlərinə dair materiallar, kütləvi informasiya vasitələrinə, eləcə də Türkiyənin TRT televiziya kanalına müsahibəsi, mətbuata bəyanatları yer alıb.

Nəşrin bu cildində Azərbaycan Prezidentinin ölkəmizin cənub bölgəsinə - Astara, Masallı, Salyan, şimal-qərb bölgəsinə - Qazax, Ağstafa, Tovuz rayonlarına səfərlərinə, Bakıda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına, bölgələrdə və paytaxtda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla, habelə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitqi ilə də tanış olmaq mümkündür.

Kitaba "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan "İlham Əliyev. İnkişaf məqsədimizdir" çoxcildliyinin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini uğurla orbitə buraxıb

Rütubətli hava ilə necə mübarizə aparmaq olar?

Media: Rusiya aviasiyası Ukraynaya veriləcək F-16-ları tez məhv edəcək

Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb, Leyboristlər hakimiyyətə gələ bilər

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb

Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru

Ağsu və Kürdəmirdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

ŞƏT-in Zirvə toplantısına növbəti dəvət Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - ŞƏRH

Ölkəmizdə ilk dəfə “İFest” - innovasiya və texnologiya festivalı keçiriləcək

“Magellanın dövri-aləm səyahəti” romanı almancadan ana dilimizə tərcümə olunub

Prezident İlham Əliyevin ŞƏT-in Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub

“Kəpəz” klubu icarə əsasında oynayan futbolçunu birdəfəlik transfer edib

Ali Məhkəmədə İraq Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib VİDEO

Zaqatalada maşın aşıb, 6 nəfər xəsarət alıb VİDEO

Qazaxıstan Milli Muzeyinin nümayəndə heyəti Elmi Bərpa Mərkəzində olub

Fransada parlament seçkilərinin ikinci turu üçün 30 min polis və jandarma səfərbər ediləcək

Belarus nümayəndə heyəti DOST Agentliyində olub

Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub

Şimali Makedoniya Prezidenti COP29-da iştiraka dəvət olunub

“General Motors” konserni 145,8 milyon dollar cərimələnib

“Gəncə”dən ayrılan voleybolçu Rusiya klubuna keçib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi Londonda təmsil edəcəklər

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

İstanbulda miqrant qaçaqçılığı ilə məşğul olan 76 nəfər həbs edilib