CƏMİYYƏT
"Süd vəzisi xərçənginin diaqnostikasında süni intellektin tətbiqi" layihəsi üzrə görüş keçirilib
![](/files/2022/3/1200x630/16654803804330736258_1200x630.jpg)
Bakı, 11 oktyabr, AZƏRTAC
"Süd vəzisi xərçənginin diaqnostikasında süni intellektin tətbiqi" layihəsi üzrə görüş keçirilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, TƏBİB-in təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında ADA Universitetinin müəllim və tələbələri ilə "Süd vəzisi xərçənginin diaqnostikasında süni intellektin tətbiqi" layihəsinin texniki məsələləri müzakirə edilib.
Görüşdə TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin mütəxəssisi Atilla Bayramov, ATU-nun Onkoloji Klinikasının mammoloq-onkoloqları Həqiqət Vəliyeva və Könül Fərhadzadə, ADA Universitetinin İnformasiya texnologiyaları departamentinin dosenti Cəmaləddin Həsənov və universitetin bakalavr, magistr pillələri üzrə təhsil alan tələbələri iştirak edib.