SİYASƏT
ABŞ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BİRMƏNALI ŞƏKİLDƏ TANIYIR
Amerika Birləşmiş Ştatlarının ATƏT-in Minsk qrupundakı həmsədri Rudolf Perina onun ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmişdir. O demişdir: “Biz Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edirik və Qarabağın statusu Azərbaycana aiddir”.
“Azadlıq” radiosunun Yerevan müxbirinin sualına cavab verən ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Orduey bununla əlaqədar bildirmişdir ki, ABŞ-ın mövqeyində hər hansı dəyişiklik haqqında şübhə olmamalıdır. Ermənistan və Azərbaycan arasında sərhədlər kimi SSRİ dövründə mövcud olan sərhədlər əsas götürülür.