“AÇIQ DÜNYA” PROQRAMININ 15 FİNALÇISI ABŞ-A YOLA DÜŞƏCƏK
AZƏRTAC xəbər verir ki, ABŞ-ın “Açıq dünya” Mərkəzi Birləşmiş Ştatlara ongünlük səfər ərəfəsində son təlimat vermək üçün eyniadlı mübadilə proqramının 15 finalçısını aprelin 8-də “Diplomat” hotelinə toplamışdır.
Nümayəndə heyəti üzvlərinin ABŞ-a peşə və ya ictimai fəaliyyəti ilə əlaqəli konkret mövzuya həsr olunmuş hər bir səfərindən məqsəd onları vətənlərində tətbiq edə biləcəkləri yeni ideyalarla və iş təcrübəsi ilə tanış etməkdir.
“Açıq dünya” proqramı Azərbaycanın və Avrasiyanın yeni liderlər nəslinə ABŞ demokratiyası və vətəndaş cəmiyyəti ilə əyani tanış olmağa imkan verir. Bu, ABŞ-da hakimiyyətin qanunvericilik qolunun həyata keçirdiyi ilk və yeganə proqramdır.
Proqram akademik D.Lixaçov və ABŞ Konqresi kitabxanasının direktoru Ceyms Billinqtonun təşəbbüsü ilə 1999-cu ildə Birləşmiş Ştatların Konqresi tərəfindən təsis edilmişdir. Proqrama ABŞ qanunvericilik orqanının müstəqil təşkilatı olan “Açıq dünya” Mərkəzi rəhbərlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]