Coğrafiya İnstitutu: Bayıl və Badamdarda sürüşmə təhlükəsi tam aradan qalxmayıb
Bakı, 5 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən bu ilin yaz aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi ərazilərdə intensiv yağıntılar nəticəsində bir sıra sürüşmə hadisələri qeydə alınıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Mütəxəssislərin bildirdiyinə görə, Bakı şəhəri və Abşeron yarımadasında da müəyyən sürüşmə aktivliyi müşahidə olunub. Xüsusilə Badamdar, Bayıl yamacı, Zığ və Binəqədi ərazilərində torpaq qatının hərəkəti ilə bağlı lokal risklər yenidən gündəmə gəlib.
Qeyd olunub ki, aprel ayında yağan intensiv yağışlardan sonra Bayıl yamacında yeni çatların əmələ gəlməsi müşahidə edilib, bəzi ərazilərdə isə istinad divarlarının dayanıqlığı zəifləyib. Badamdar sürüşmə zonasında əvvəlki illərdə həyata keçirilən mühəndis-bərkitmə tədbirlərinə baxmayaraq, qrunt sularının səviyyəsinin yüksəlməsi səbəbindən risk tam aradan qalxmayıb.
İnstitutun mütəxəssisləri vurğulayıblar ki, Abşeron yarımadasında antropogen yüklənmə, intensiv tikinti fəaliyyəti və təbii drenaj sistemlərinin pozulması sürüşmə risklərini artıran əsas amillərdən biri olaraq qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]