ADNSU ilə Praqa İxtisasartırma İnstitutu arasında memorandum imzalanıb
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup müəllim və tələbəsi, o cümlədən “SABAH” qrupunun tələbələri Çexiyanın Praqa İxtisasartırma İnstitutunda beynəlxalq təlimlərdə iştirak ediblər.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələr üçün “Akademik yazı”, müəllimlər üçün “Avropa İttifaqı ölkələrində nəşriyyat fəaliyyəti: Scopus və BoC jurnallarında və nəşrlərdə yeni trendlər və yeniliklər” mövzusunda təlimlərə səkkiz müəllim və 21 tələbə qatılıb.
Sonda ADNSU ilə Praqa İxtisasartırma İnstitutu arasında memorandum imzalanıb, müəllim və tələbələrə sertifikatlar verilib.
Azərbaycanlı müəllim və tələbələr Almanıyanın Drezden, Avstriyanın Vyana şəhərlərinə də səfər edib, bu şəhərlərin tarixi və mədəni abidələri ilə tanış olublar.