ADNSU-nun Startap və İnnovasiya Mərkəzi “Ecosystem Autumn Meetup”da iştirak edib
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “eazi START” Startap və İnnovasiya Mərkəzi “Ecosystem Autumn Meetup” tədbirində iştirak edib.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Tədbirdə yerli #ekosistem oyunçuları ilə görülən işlər, həmçinin yeni imkanlar və gələcək planlar müzakirə olunub. Eyni zamanda, son 3 ayda startap ekosisteminin inkişafının təşviqi üçün “Founders Academy”, “Viveka”, “Startup Vise Guys” proqramları haqqında məlumat verilib. ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılov mərkəzin 8 illik fəaliyyəti və gələcək proqramları haqqında danışıb.
Universitetin 3 əməkdaşı “Vivek mentorship” proqramında uğurla iştirak edib.
Qeyd edək ki, artıq ənənə halını almış bu “meetup”lar innovasiya ekosisteminin oyunçuları üçün təcrübə, bilik, nailiyyətlər və planlar mübadiləsi baxımından əlverişli platformaya çevrilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [19:47]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]