CƏMİYYƏT
AEBA-nın koordinatoru: İqlim probleminə həll yolları axtarmaq üçün COP29 əla fürsətdir
Bakı, 20 iyun, AZƏRTAC
İnnovasiyaların artırılması iqlim dəyişikliyi ilə bağlı qlobal prosesdə həlledici rol oynayacaq. COP29 çərçivəsində daha çox nüvə təhlükəsizliyi mövzularının olmasını vacib hesab edirəm. Düşünürəm ki, bu sahəyə təkcə dövlət deyil, həmçinin özəl sektor cəlb olunmalıdır. Bu baxımdan COP29-u yaxşı fürsət kimi dəyərləndirmək olar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə elmləri və tətbiqləri departamentinin koordinatoru Jan-Pyer Kayol “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda panel müzakirələrində çıxışında deyib.
Azərbaycanın bu işdə göstərdiyi dəstəyi yüksək qiymətləndirən AEBA-nın nümayəndəsi əlavə edib: “İqlim problemini həll etmək bütün dünya dövlətlərinin əsas prioritet məsələsi olmalıdır. Bu sahəyə ən son texnologiyaların və ideyaların cəlb olunması vacibdir. Bunun üçün də COP29 əla fürsətdir”