REGİONLAR
Ağdamda 18 min 943 hektarda şum qaldırılıb
![Ağdamda 18 min 943 hektarda şum qaldırılıb](/files/2022/3/1200x630/1665556442536469869_1200x630.jpg)
Ağdam, 12 oktyabr, AZƏRTAC
Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında payız işləri davam etdirilir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ildə 7 min 792,5 hektar buğda, 2 min 134 hektar arpa sahəsindən ümumilikdə 40 min 10 ton məhsul toplanıb. Hər hektara məhsuldarlıq 40,3 sentner təşkil edib.
Yanvar-sentyabr aylarında 3 min 368 hektar tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular sahəsinin 3 min 306 hektarında yığım aparılıb, 89 min 129 ton məhsul əldə edilib. Bununla yanaşı, rayon üzrə 1010,2 ton meyvə, 218,2 ton üzüm istehsal olunub.
Rayonun fermerləri cari ilin payızlıq əkinləri üçün 18 min 943 hektar sahədə şum qaldırıb, 1520 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər əkiblər. Payızlıq əkinlərin 892 hektarı yaşıl yem, 158 hektarı dən üçün buğda, 470 hektarı isə dən üçün arpadır. Hazırda rayonda pambıq yığımı və taxıl səpini davam edir.