CƏMİYYƏT
AHİK sədri: Prezident İlham Əliyev dövlətimizin tarixindəki 200 illik münaqişəni həll etməyi bacaran Liderdir
Bakı, 13 oktyabr, AZƏRTAC
Vətən müharibəsi Prezident Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Prezident İlham Əliyev xalqımızın və dövlətimizin tarixində 200 illik münaqişəni həll etməyi bacaran Liderdir.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
AHİK sədri vurğulayıb: “Xalqa verdiyi sözü və vədləri hər zaman yerinə yetirən, sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyev hər zaman deyirdi ki, gün gələcək əli Azərbaycan xalqının qanına batmış, xalqımıza qarşı terror aktları törətmiş hər bir separatçı cəzasını alacaq. İndi həmin gün gəlib çatıb. Əli Azərbaycan xalqının qanına bulaşmış erməni cəlladları qanunlarımızla mühakimə olunur və layiqli cəzalarını alırlar”.
S.Möhbalıyev qeyd edib ki, biz hamımız tarix yazan Azərbaycan Prezidenti İlham Əliyevin yanındayıq və onu həmişə dəstəkləyəcəyik.