Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AHOA-nın rəhbəri: COP29-un indiyə qədər keçirilən ən yaxşı və ən məhsuldar COP tədbiri olacağını gözləyirəm - MÜSAHİBƏ

AHOA-nın rəhbəri: COP29-un indiyə qədər keçirilən ən yaxşı və ən məhsuldar COP tədbiri olacağını gözləyirəm - MÜSAHİBƏ

Bakı, 9 mart, AZƏRTAC

Xəbər verdiyimiz kimi, sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə 106 ölkədən 2 400-dək QHT-ni sıralarında birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası (The Afrihealth Optonet Association - AHOA) ötən gün (martın 8-də) COP29-la bağlı Azərbaycana dəstək bəyanatı verib. AHOA-nın rəhbəri Uzodinma Adiriecenin imzaladığı bəyanata bu quruma üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də qoşulub.

Uzodinma Adiriece iqlim dəyişmələri ilə bağlı Azərbaycanın qlobal fəaliyyətdə fədakarlığına və liderliyinə AHOA-nın dəstəyinə dair AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizədə və digər məsələlərdə beynəlxalq əməkdaşlığa böyük önəm verir. COP29-un Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq ictimaiyyətin ölkəmizin bu məsələlərdəki mövqeyinə verilən böyük dəstəyi göstərir. AHOA da öz bəyanatı ilə Azərbaycana dəstəyini ifadə etdi. Bu barədə fikrinizi öyrənmək istərdik.

- Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının dəstək mesajı çox uyğun və vaxtında atılmış bir addımdır. AHOA-da təmsil olunan qlobal vətəndaş cəmiyyətinin Azərbaycanın COP29 prosesinin planlaşdırılmış mərhələlərinə kifayət qədər erkən qoşulması çox əhəmiyyətlidir.

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yaxınlaşdığı dövrdə AHOA rəhbərliyi, üzvləri və tərəfdaşları olaraq, qlobal ictimaiyyəti dayanıqlı və sağlam gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəni öhdəsinə götürən COP29 prezidentinə və ev sahibi ölkə olan Azərbaycana ürəkdən dəstəyimizi ifadə edirik.

Planetimizin üzləşdiyi ekoloji problemlərdən dərindən narahat olan AHOA COP29 rəhbərliyinin, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal miqyasda nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır. İqlim dəyişmələrinə qarşı mübarizə aparmaq çox məsuliyyətli işdir. İqlim dəyişmələrinin təsirini azaltmaq, həssas icmaları - əhali qruplarını mühafizə etmək və ekosistemləri gələcək nəsillər üçün qoruyub saxlamaq baxımından cəsarətli və qətiyyətli addımların atılmasının tələb olunduğu kritik məqamdayıq. Bu baxımdan AHOA COP29 prezidentinin və Azərbaycanın dialoqun, əməkdaşlığın və innovasiyaların təşviqində öhdəliyinin böyük əhəmiyyət kəsb etdiyini məmnuniyyətlə vurğulayır.

Azərbaycanın zəngin mədəni irsi və təbii imkanları ilə təkcə əvəzolunmaz ekoloji sərvətlərin qoruyucusu deyil, həm də iqlim dəyişmələri və ətraf mühitin mühafizəsinin fəal müdafiəçisi olduğuna inanırıq. “Üçlük-Missiya 1.5” kimi təşəbbüslər vasitəsilə Azərbaycan iqlimə davamlılıq sahəsində dayanıqlı inkişafa sarsılmaz sadiqliyini nümayiş etdirdi və COP28-də əldə olunan uğurların davamlılığını təmin etdi. AHOA Azərbaycanın COP29 zamanı iqlim dəyişmələri ilə bağlı danışıqlarda güclü konsensual nəticələr əldə edəcəyinə inanır.

- Azərbaycanda keçiriləcək COP29-dan gözləntiləriniz nələrdir?

- Mən COP29-un indiyə qədər keçirilən ən yaxşı və ən məhsuldar COP tədbiri, Dubayda təşkil edilmiş COP28-dən sonra daha uğurlu bir tədbir olacağını gözləyirəm.

COP29-un adaptasiya və yumşaldılma tədbirlərindən daha irəli gedərək iqlim dəyişikliyi böhranının səbəbləri və qarşısının alınması yollarının öyrənilməsinə mühüm töhfə verəcəyinə inanıram. Çünki sənayeləşmiş dünyada kimyəvi tullantılar və çirklənmə hər gün inkişaf etməkdə olan ölkələrdə ciddi iqlim böhranına səbəb olur ki, bu da öz növbəsində sağlamlıq və ətraf mühitə ziyan vurur.

- Necə düşünürsünüz, COP29-da əsasən hansı məsələlər, xüsusən də səhiyyə sahəsi ilə bağlı hansı istiqamətlər prioritet təşkil etməlidir?

- COP29 digər məsələlərlə yanaşı, kimyəvi çirklənmə, sənaye və hərbi tullantıların yaratdığı iqlim problemlərinə son qoymağı prioritet kimi müəyyən etməli, bu tullantıları və çirklənmələri yaradan qurumlardan sağlamlıq və insan həyatına təsirlərini idarə etmək imkanları çox az olan digər ölkələrə ixrac etmədən onları öz ətraf mühitlərində tənzimləmək üçün tam məsuliyyət daşımağı tələb etməlidir. Bilirik ki, sənaye və hərbi tullantıların toplandığı ərazilərin, sənaye və ya kənd təsərrüfatı sahələrinin yaxınlığında yaşayan yerli icmalar zərərli kimyəvi maddələrdən və pestisidlərdən zəhərlənməyə məruz qala bilər ki, bu da insanlarda tənəffüs problemləri, nevroloji pozğunluqlar və reproduktiv problemlər kimi sağlamlıq üçün mənfi təsirlərə səbəb ola bilər. Heyvanlar da çirklənmiş su mənbələri və ya yem vasitəsilə kimyəvi maddələrdən zəhərlənməyə məruz qala bilər. Kimyəvi çirklənmə də havanın, suyun, torpağın və qidanın çirklənməsi vasitəsilə sağlamlığa zərər vura bilir, bu da öz növbəsində xəstəliklərə və ekoloji ziyana səbəb olur.

Kimyəvi çirklənmə həm də insan sağlamlığı və ətraf mühit üçün əhəmiyyətli risklər yaradır. Bu, iqlim dəyişikliyi ilə səmərəli mübarizə tədbirlərinin bir hissəsi kimi çirklənməyə qarşı mübarizədə tənzimləyici tədbirlərin həyata keçirilməsini, dayanıqlı təcrübələrin təşviq edilməsini və ictimai sağlamlıq və ətraf mühitin mühafizəsinə üstünlük verən siyasətin təbliğini şərtləndirir.

- Ümumiyyətlə, COP29-un keçirildiyi 2024-cü ildə Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri olaraq təmsil etdiyiniz qitənin hansı ətraf mühit və iqlim dəyişikliyi problemləri ilə bağlı dünyaya çağırış etmək istərdiniz?

- Biz bilirik ki, iqlim dəyişikliyi suyun, torpağın və havanın ekoloji çirklənməsini daha da sürətləndirir. Temperaturun artması və yağıntıların dəyişkənliyi çirklənmə səviyyəsinin yayılmasına birbaşa təsir göstərir. İqlim dəyişikliyi ilə atmosferdəki bir sıra qazların səviyyə balansı pozulur və çoxlu zəhərli qazlar əmələ gəlir ki, bu da ətraf mühitin çirklənməsini artırır. İqlim dəyişikliyinin mənfi təsirləri ozon qatının məhvinə, havanın çirklənməsinə səbəb olur ki, bu da öz növbəsində insan sağlamlığına və ətraf mühitin ekosisteminə, bioloji müxtəlifliyə mənfi təsir göstərir.

İqlim dəyişikliyinin və ətraf mühitin deqradasiyasının qarşısını almaq üçün bərpaolunan enerjiyə universal çıxışın təşviq olunması böyük əhəmiyyət kəsb edir. Fərdləri, icmaları, biznes dairələrini və hökumətləri hərəkətə keçməyə cəlb etmək və onlara səlahiyyət vermək üçün iqlim dəyişikliyi, onun təsirləri və həlli yolları haqqında məlumatlılığı artırmaq və maarifləndirməni təşviq etmək məqsədilə hamı səfərbər olmalıdır. COP29 güclü resurslara malik təbliğat işləri, təhsil və təlim kampaniyaları və potensialın gücləndirilməsi təşəbbüsləri vasitəsilə dayanıqlılıq, ətraf mühitə nəzarət və iqlimə davamlılıq üzrə qlobal mədəniyyəti inkişaf etdirməyə çalışmalıdır. Bütün inkişaf layihələrindən əvvəl bir şərt kimi Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi aparılmalıdır.

x x x

Afrika Səhiyyə Təşkilatları Assosiasiyası səhiyyə və davamlı inkişaf sahəsində ixtisaslaşmış qlobal vətəndaş cəmiyyəti şəbəkəsi və beyin mərkəzidir. 106 ölkədən 2400 üzvü olan və zəngin təcrübəyə, resurslara, əhatə dairəsinə malik, eləcə də 40 min üzvdən ibarət “Google Qrupu”nda ekspertlərin və maraqlı tərəflərin töhfəsi ilə AHOA üçüncü sektorun qlobal oyunçusuna, tərəfdaşına, layihə/proqram tərtibçisinə, icraçısına, monitorinqçisinə çevrilməyi bacarıb.

AHOA BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) və UNEP/UNEA-da isə akkreditə olunmuş müşahidəçi statusuna malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi keçirilib

DİN: 1 avtomat silahı və 2 tüfəng təhvil götürülüb

Bu gün qlobal aktorlar Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətlərindən maksimum yararlanmağa çalışırlar - RƏY

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kipr Bahçeşehir Universitetinin rəhbərliyi TƏBİB-in fəaliyyəti barədə məlumatlandırılıb

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan edilib

Leyboristlər Partiyası Britaniyada keçirilən parlament seçkilərində qalib gəlib

Avro-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib YENİLƏNƏCƏK

İranda prezident seçkilərinin ikinci turu başlayıb

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNƏCƏK

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub

Amerika Kuboku: İlk yarımfinalçı müəyyənləşib, Messi penaltidən fərqlənə bilməyib

Prezident İlham Əliyev Xocalı hava limanında olub YENİLƏNƏCƏK

Bakıda tozlu hava müşahidə olunur

Kolumbiyada partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 əsgər həlak olub

Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini uğurla orbitə buraxıb

Rütubətli hava ilə necə mübarizə aparmaq olar?

Media: Rusiya aviasiyası Ukraynaya veriləcək F-16-ları tez məhv edəcək

Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb, Leyboristlər hakimiyyətə gələ bilər

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi

Ağstafa Gənclər evinə mediatur təşkil edilib

“Yüksəliş” müsabiqəsinin İşçi Qrupu qiymətləndirmə prosesində iştirak edəcək ekspertlər üçün təlimlərə başlayıb

ADU-da Şeyx Zayed adına Ərəb dili auditoriyası açılıb

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Prokurorluq: MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Fransızların yarısı seçkilərdə Le Penin partiyasının qalib gəlməsini istəyir

“Gasgoo” nəşri: “BYD” konqlomeratı Azərbaycana elektrik avtobusları tədarük edəcək

Türkiyənin antik tarixi – Likya, Kariya, Pisidia

“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb

"İTi Zəka-2" hakatonunun mükafatlandırma mərasimi keçirilib

Hava şəraiti ilə əlaqədar olaraq ölkə üzrə yanğın indeksi açıqlanıb

AMADA Türkiyənin antidopinq qurumları ilə əməkdaşlığı genişləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanvermə aksiyası keçirilib

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib

UNEC magistraturaya qəbul olanlara müraciət edib

Konstitusiya Məhkəməsində İraq Respublikasının Ali Məhkəmə Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Gənc Avropa səfirləri Bakıda süni intellektdən istifadəyə dair təlim keçiblər

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvada uşaq evində olublar VİDEO

Azərbaycan Prezidenti: COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik

Antonio Quterreş: ŞƏT dünyanın ən böyük regional təşkilatıdır

Azərbaycanda keçirilən yaşıl iqtisadiyyatla bağlı konfrans İordaniya mətbuatının diqqət mərkəzində olub

Prezident İlham Əliyev: Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Prezident: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT arasında əməkdaşlığın vacib sahəsini təşkil edir

Heydər Əliyev Beynəlxalq Aeroportu “ACI EUROPE 2024” İllik Konqresi və Baş Assambleyasında iştirak edib

Milli Depozit Mərkəzi ikinci rübdə 1 milyard manatdan çox ödəniş həyata keçirib

Astanada “ŞƏT plyus” formatında görüş keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib  YENİLƏNİB-3 VİDEO

Yenidən təmir olunan Ağstafa peyntbol və atıcılıq mərkəzi fəaliyyətini genişləndirir

“Vikipediya”nın gürcü dili bölməsində azərbaycanəsilli istifadəçilərin fəallığı artır

Bölgələrdəki günərzi qayğı mərkəzlərində 900-dən çox uşağa xidmətlər göstərilir

® “Caspian Energy Club Czechia” aktiv fəaliyyətini davam etdirir

“Araz-Naxçıvan”ın kapitanı püşkatma barədə danışıb

Ersin Tatar: ŞKTR-i dəstəklədiyinə görə Prezident İlham Əliyevə minnətdaram

Azərbaycanda Çili ədəbiyyatına məxsus pyesin təqdimatı keçirilib

AQTİ sahibkarlar üçün infotur təşkil edib

Naxçıvan boksçusu Yakutiyada medal qazanıb

Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri elan olunub

Fransada seçkilərin növbəti turundan sonra potensial iğtişaşların qarşısının alınmasına daha çox polis əməkdaşı cəlb olunacaq

Coğrafiya İnstitutunun iştirakı ilə Almaniyada geoparklarla bağlı beynəlxalq seminar keçirilib

Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı mərkəzi”nə iyun ayında 504 zəng daxil olub

Çempionlar Liqası: “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub

Türkiyəli ekspert: Bakı ilə İrəvan arasında sülh Cənubi Qafqazın qlobal nüfuzunu artıracaq

Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi tədris ilini uğurla başa vurub

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun Şuşada işgüzar görüşü keçirilib

Tbilisidəki Mtastminda parkında yanğın baş verib

Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə müraciətlərin sayı rekord həddə çatıb

Astanada “ŞƏT Plyus” görüşü keçirilir

® “Kapital Bank”ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Monitorinq aparılan 19 kartofçuluq təsərrüfatında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb