İDMAN
Alberto Pelleqrini: Azərbaycan birinci Avropa Oyunlarını çox yüksək səviyyədə keçirir
![Alberto Pelleqrini: Azərbaycan birinci Avropa Oyunlarını çox yüksək səviyyədə keçirir](/files/2015/2/1200x630/14350685392229542378_1200x630.jpg)
Bakı, 23 iyun, Xalid Məmmədov, AZƏRTAC
Birinci Avropa Oyunları mənim karyeramda ən yaxşı yarışmadır və bu yarışlarda iştirak etdiyimə görə çox sevinirəm. Düşünürəm ki, bu, idmançılara yeni təcrübə qazanmaq və özlərini təkmilləşdirmək üçün yaxşı şans yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində italiyalı qılıncoynadan Alberto Pelleqrini deyib.
İdmançı deyib: “Yaxşı nəticə əldə etmək üçün əlimdən gələni edirəm. Çalışacağam ki, ikinci Avropa Oyunlarına daha yaxşı hazırlaşım. Azərbaycan bu Oyunları çox yüksək səviyyədə keçirir. Mən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm və ona görə deyə bilərəm ki, Azərbaycan çox yaxşı təşkilatçılıq işləri görüb. Bakıda gəzməyə çıxdıq, dənizkənarı milli parkda olduq. Bakı gözəl şəhərdir, insanlar çox mehriban və qonaqpərvərdir. Həm də Azərbaycanın dadlı milli xörəkləri var. Buraya gəlməkdən böyük zövq aldım”.