DÜNYA
Almaniyanın “Air Berlin” şirkəti 900 iş yerini ixtisar etməyi planlaşdırmışdır
Bakı, 16 yanvar (AZƏRTAC). “La Repubblica” qəzetinin məlumatına görə Almaniyanın 2-ci ən iri hava yolları şirkəti “Air Berlin” ən azı 900 iş yerini ixtisar etməyi planlaşdırmışdır. Belə ki, şirkət qənaət tədbirləri çərçivəsində 158 təyyarədən 20-ni aviareyslərdən çıxarmaq niyyətindədir. Bu isə ən azı 900 iş yerinin ixtisarı deməkdir. İxtisarlar əsasən pilotlara şamil ediləcəkdir. Şirkət rəsmiləri yayılmış xəbərlə bağlı hər hansı bir açıqlama verməkdən boyun qaçırıblar.
Qeyd edək ki, “Air Berlin” Avropadakı iqtisadi böhran səbəbindən 2012-ci ilin ilk 9 ayında 102 milyon avro məbləğində itki ilə üzləşmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [18:17]
Türkiyədə anomal istilər özünü kəskin şəkildə göstərməyə başlayıb
- 03.06.2024 [18:15]
FLNKS Fransa prezidentini sözünün üstündə durmağa çağırıb
- 03.06.2024 [18:06]
Myanmada toy keçirilən yer bombalanıb, 27 nəfər ölüb
- 03.06.2024 [14:40]
“Nvidia” yeni süni intellekt çiplərini anons edib
- 03.06.2024 [14:28]
Hindistanda keçirilən seçkilərdə 642 milyon nəfər iştirak edib
- 03.06.2024 [13:47]