Hindistanda keçirilən seçkilərdə 642 milyon nəfər iştirak edib
Bakı, 3 iyun, AZƏRTAC
Hindistanda keçirilən parlament seçkilərində 642 milyon nəfər səs verib ki, bu da parlament seçkiləri üzrə dünya rekordudur.
AZƏRTAC xəbər verir ki, bu barədə Hindistan Seçki Komissiyasının rəhbəri Raciv Kumar bildirib.
“Hindistanda parlamentin aşağı palatasına seçkilərdə 642 milyon seçici, o cümlədən 312 milyon qadın səs verib və bu, dünya rekordudur”, - deyə Raciv Kumar qeyd edib. Onun sözlərinə görə, dünyanın ən böyük seçki kampaniyasına MSK-nın 15 milyon əməkdaşı cəlb olunub.
Mərkəzi Seçki Komissiyasının rəhbəri, həmçinin bildirib ki, seçkilərdə “Böyük yeddilik” ölkələri ilə müqayisədə 1,5 dəfə, Avropa İttifaqının 27 ölkəsi ilə müqayisədə isə 2,5 dəfə çox insan səs verib.
Hindistanda seçkilər aprelin 19-dan iyunun 1-dək yeddi mərhələdə davam edib. Mübarizə parlamentin aşağı palatasındakı 543 yer uğrunda gedib. İlkin nəticələr Hindistan Xalq Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyansın (NDA) hakimiyyətdə qalacağını göstərir. Beləliklə, Narendra Modi ölkənin ilk Baş naziri Cəvahirləl Nehrunun rekordunu təkrarlayaraq, ardıcıl üçüncü müddətə hökumətə başçılıq edə bilər.
Səsvermənin nəticələri iyunun 4-də rəsmən elan olunacaq. Hazırda Hindistanda rəsmi qeydə alınmış 968 milyon seçici var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
- 21.09.2026 [11:01]
Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib
- 21.09.2026 [10:51]
Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb
- 21.09.2026 [08:40]
Çində tekstil fabrikində yanğında 8 nəfər ölüb
- 21.09.2026 [07:07]
Tokioda qasırğa səbəbindən 461 aviareys ləğv edilib
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [19:34]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [19:03]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:46]
Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib
- 20.09.2026 [18:34]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [18:10]