Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Almaniyanın “Spiegel” jurnalında ermənilərin Ağdam şəhərində törətdikləri dağıntılardan bəhs edən məqalə dərc olunub

Bakı, 30 oktyabr, AZƏRTAC 

Almaniyanın nüfuzlu “Spiegel” jurnalında jurnalist Andre Vidmerin müəllifi olduğu “Dağıdılmış ərazilərə geri qayıdış” adlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə jurnalistin Ağdamın iki sakini ilə onların doğulub boya-başa çatdığı şəhərə səfər təəssüratları əks olunub. Müəllif qeyd edir ki, Ermənistan üzərində qələbə çaldıqdan sonra Azərbaycan bir zamanlar yüz minlərlə azərbaycanlının tərk etdiyi əraziləri geri qaytarıb. Həmin ərazilərə geri qayıdanlar isə minalanmış xarabalıqlarla üzləşirlər.

Məqalədə Birinci Qarabağ müharibəsi zamanı Ağdam şəhərini tərk etmiş bacı-qardaş - Humay və Novruz Novruzovlar yaşadıqları rayonun müharibədən əvvəlki vəziyyəti barədə məlumat verirlər. Bakıdan Ağdamadək altı saatlıq səfərdən sonra onlar şəhərdəki evlərin qarşısından keçirlər. Müəllif qeyd edir ki, əslində, bunlar ev deyil, bir zaman ev olmuş tikililərin qalıqlarıdır. Ətraf yalnız xarabalıq landşaftından ibarətdir. Bu xarabalıqda evlərin damı, qapı və pəncərələri yoxdur.

Ağdam sakinləri jurnalistə ermənilər tərəfindən dağıdılmış evlərini, oxuduqları məktəbi göstərir və işğaldan əvvəl Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə dinc şəraitdə yaşadıqlarından bəhs edirlər.

Məqalədə qeyd edilir ki, Ağdam bir zamanlar on minlərlə sakini olan şəhər olub. Düzənlikdə yerləşən bu ərazilər öz çaxırı və konyakı ilə bütün Sovet İttifaqında tanınırdı. Hələ də yol kənarındakı sahələrdə olan dirəklər nə vaxtsa burada üzüm bağlarının olduğunu xatırladır.

Müəllif, həmçinin qeyd edir ki, Ağdama səfər erməni ordusunun bu rayonu tərk etməsindən cəmi üç həftə sonraya təsadüf edir. Ermənilər 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra bu əraziləri tərk etməli oldular və Azərbaycan Ordusunun tankları şəhərə döyüşsüz daxil oldular.

Novruzovlar isə 27 il bundan öncə məcburi şəkildə tərk etməli olduqları şəhərlərinə ilk dəfə qayıdıblar.

Münaqişə barədə ətraflı məlumata malik müəllif öz oxucularına hərbi əməliyyatların gedişi barədə də məlumat verir. Qeyd edilir ki, imzalanan atəşkəs razılaşması nəticəsində Ermənistan Ağdam da daxil olmaqla bir neçə rayonu təhvil verməli oldu. Bundan öncə isə Azərbaycan müharibə zamanı yüzlərlə kənd və qəsəbəni, bir neçə şəhəri azad etdi. Texnoloji cəhətdən zəif olan Ermənistan ordusunun güclü silahlanmış rəqibinə qarşı şansı yox idi.

Andre Vidmer yazır ki, Novruzovlar ailəsinin hekayəti 1988-ci ildən 1994-cü ilə qədər davam etmiş Birinci Qarabağ müharibəsində öz torpaqlarından köçkün düşmüş insanların tarixidir. O zaman Ermənistan təkcə Dağlıq Qarabağı deyil, eyni zamanda, Azərbaycanın yeddi rayonunu da işğal etmişdi. Ermənistan hökuməti həmin əraziləri bir növ bufer zonası kimi istifadə edirdi. Ötən əsrin 90-ci illərindən bəri qismən heç kimin yaşamadığı, qismən isə ermənilərin məskunlaşdığı həmin ərazilərdə münaqişədən öncə demək olar ki, yalnız azərbaycanlılar yaşayırdılar. Müəllif əhalinin 1989-cu ildəki siyahıyaalmasına da müraciət edir və bildirir ki, həmin rayonlarda azı 400 min azərbaycanlı yaşayırdı və ermənilərin hərbi əməliyyatları nəticəsində Novruzovlar ailəsi kimi bütün azərbaycanlılar öz torpaqlarını tərk etməyə məcbur oldular.

İxtisasca tibb bacısı olan Humay Novruzova Ağdamı 1993-cü ilin iyulunda valideynlərinin təkidi ilə tərk etdiyini və artıq iyulun 23-də Ağdamın şiddətli atəşlərdən sonra ermənilər tərəfindən işğal edildiyini bildirir. Ağdam məscidinin önünə çatan müəllif şəhərdə yeganə salamat binanın bu məsciddən ibarət olduğunu və onun həndəvərində bir neçə yüz kvadratmetrlik sahədən başqa bütün ərazilərə girişin minalara görə qadağan olduğunu yazır. Məscidin minarəsindən ətrafa isə yalnız dağıntılardan ibarət mənzərə açılır. Ətrafda divarların qalıqlarından ibarət tənha daş yığınları görünür. Həmin divarlar isə bir zamanlar Ağdam şəhərinin evləri olub. Novruz Novruzov isə doğma şəhəri haqqında deyir: “Mənim Ağdamım çox gözəl idi. Hisslərimi sözlə ifadə etmək çətindir”.

Yerlə-yeksan edilən Ağdam şəhəri erməni işğalçılarına Dağlıq Qarabağda tikinti üçün bir növ daş karxanası və metal anbarı rolunu oynayıb. Müəllif bildirir ki, Ermənistan ordusunun artıq tərk etmiş olduğu şəhərlərin çoxunda eyni mənzərə mövcuddur. Bu yerlər hələ uzun müddət yaşayış üçün yararlı olmayacaq. Ərazilərin minalardan təmizlənməsinə məsul olan qurumu - ANAMA qarşıda hələ çox işin olduğunu qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyev bu regionların yenidən qurulması və ölkənin əsas hissəsi ilə bağlantıların yaranması işini qətiyyətlə aparır. Artıq yollar inşa edilir, bundan başqa, Prezident İlham Əliyev Ağdama dəmir yolunun çəkiləcəyini də bildirib.

Humay Novruzova bir vaxtlar sakini olduğu şəhərin dağıntılarına baxaraq deyir ki, ermənilərin digər insanlara qarşı bu qədər nifrət bəslədiyini düşünməzdi. O, qarşılaşdığı bu dəhşətli mənzərəni təsvir etmək üçün söz tapmadığını qeyd edir. O, azərbaycanlılar tərəfindən erməni sakinlərinə hər zaman yaxşı rəftar edildiyini diqqətə çatdırır.

Yekunda Novruzovlar Ağdama qayıdıb orada yaşamaq istədiklərini bir daha bildirirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: Gürcüstan Avropa çempionatında yeni tarix yazdı

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyi davam edir

Fiziki aktivliyin zəifliyi 1,8 milyard yetkin insanda xəstəliklərə səbəb olur

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Yanvar-may aylarında “Könüllü DOST” proqramına 530 nəfər cəlb olunub

Avrora Qrup 2024-cü il iyulun 2-də “Açıq qapı” günü elan edir!

Milli Kitabxanada “Çingiz Əlioğlu - 80” adlı kitab sərgisi açılıb

Rusiya nümayəndə heyəti ATƏT PA-da fəaliyyətini dayandıracaq

Azərbaycan çempionu 8 əcnəbi voleybolçu ilə vidalaşıb

® Bakı Fond Birjasında “AccessBank” istiqrazlarının “Açılış Zəngi” tədbiri keçirilib

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

KİV: Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 25 cinayət açılıb

Amerika Kuboku: Kolumbiya 1/4 finala yüksəlib, Braziliya ilk qələbəsini qazanıb

Azərbaycan nefti ucuzlaşıb

Faktiki hava: Əksər rayonlarda hava əsasən yağmursuz keçib

Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olublar

Avro-2024: Bu gün 1/8 final mərhələsinə start veriləcək

Avropa çempionatı: Azərbaycanın daha bir boksçusu finala yüksəlib

Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü keçirilib

Sabirabadda çətənə kolları yetişdirən iki qardaş saxlanılıb

İranda prezident seçkilərində islahatçı Pezeşkiyan liderlik edir VİDEO

ABŞ Qətərdən İsrail və Hizbullah arasında danışıqlarda vasitəçilik etməsini istəyib

Yevlax rayon sakinindən silah-sursat götürülüb

“Asiya uşaqları” Oyunlarında Azərbaycan üzgüçülərinin növbəti uğuru

Tramp “Dəmir günbəz” adlı müasir raketdən müdafiə sistemi yaratmağa söz verib

Araşdırma: Alimlər kütləvi qırğınların qarşısını almağın yollarını tapıblar

ABŞ ordusu raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb

Plastik şüşələrdən su içmək diabet riskini artırır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etmək niyyətindədir

Qazaxıstanda ən böyük stadionun tikintisinə başlanılıb

Mikroplastik ətrafımızda: Bu problemi necə həll etmək olar?

Bu il ADPU-dən 4700-dən çox tələbə məzun olur

Merilin Monronun evi mədəniyyət abidəsi elan olunub

Parisdə milli motivlər əsasında hazırlanmış zinət əşyaları təqdim edilib

Cənubi Koreya daha 243 adda məhsulun Rusiya və Belarusa ixracına qadağan qoyub

ADNSU-nun daha 5 ixtisasının beynəlxalq akkreditasiya müddəti uzadılıb

İranda prezident seçkilərində səsvermə başa çatıb

FHN: Hacıqabul rayonunda subasmaya məruz qalmış ərazilərdən 81 nəfər təxliyə olunub

Husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər

Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər

BVF Ukraynaya 2,2 milyard dollarlıq tranşın ayrılmasını təsdiqləyib

Bakı Ali Neft Məktəbinin komandası 100 min dollar investisiya qazanıb

“Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuna yekun vurulub

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakını təsdiqləyib

Qaxda baş verən təbii fəlakətlər aqrar sığortanın əhəmiyyətini bir daha göstərdi VİDEO

Fuad Abbasov: Regionlarda yarışların keçirilməsi insanların gimnastikanı tanımalarına töhfə verir

Azərbaycanın COP29-la bağlı əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir

Tullantıların səmərəli idarə olunması ilə bağlı Anlaşma Memorandumu imzalanıb

Naxçıvanda doğum günü iyun ayında olan şəhidlərin xatirəsi anılıb

Səbinə Əliyeva İstanbulda Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının iclasında iştirak edib

Azərbaycan Tibb Universiteti tələbələrinin “Məzun günü” keçirilib

Bədii gimnastika üzrə 29-cu ölkə birinciliyinin ilk gününə yekun vurulub

Azərbaycan Milli Kitabxanasından VİDEOREPORTAJ

Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

® “Bakcell” Şuşada yeni mağazasını təqdim etdi

Ceyms O’Brayn: Azərbaycan ilə Ermənistan arasında çox effektli birbaşa kommunikasiya var

ABŞ Dövlət katibinin köməkçisi: Orta Dəhliz bütövlükdə region üçün çox mühüm bir addımdır

ABŞ Dövlət katibinin köməkçisi: Son illərdə baş verən hadisələr Azərbaycana regionda siyasətin dəyişməsində vacib rol oynamağa imkan verib

Ceyms O’Brayn: Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etmişik

“Baku ID” innovasiya festivalına yekun vurulub

“Emissiyanın sıfıra enməsində startapların artan rolu” mövzusunda müzakirə aparılıb

Türkiyə Lideri Suriya Prezidenti ilə görüşü istisna etmir

Beynəlxalq veloyürüşün iştirakçıları Bakıda şəhid uşaqlarına velosiped hədiyyə ediblər

Azərbaycan və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

Azərbaycan ilə ICESCO arasında əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

“Sıfır Tullantı” Bakı Təşəbbüsü qəbul edilib

Azərbaycanla Serbiya arasında ətraf mühitin mühafizəsi məsələləri müzakirə olunub

® "Yaşıl dünya naminə həmrəylik ili”nin neft sənayesi qarşısında qoyduğu vəzifələr" mövzusunda tədbir keçirilib

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Gürcüstanın Baş naziri: Enerji sahəsində milli istehsalın istehlakdan çox olmasını planlaşdırırıq

® Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş elmi simpozium keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib

Naxçıvan Ali Məclisinə seçkilər təyin olunub

Ceyms O’Brayn: 907-ci düzəlişin Azərbaycan ilə sıx əməkdaşlığımıza maneə olduğunu düşünmürəm

İsmayıllı-Lahıc avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Mərkəzi Avropa İnformatika Olimpiadasında məktəblilərimiz uğur qazanıblar

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb - YENİLƏNİB

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” II gənclər düşərgəsi keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı”nın və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 may tarixli 131 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Dövlət Neft Fondu tərəfindən media nümayəndələri üçün təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Siyəzəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baxış keçirib

Ceyms O’Brayn: ABŞ və Azərbaycan regionda təhlükəsizlik çağırışları ilə bağlı daha sıx əməkdaşlıq edəcək

Çaylarda gözlənilən daşqın və sel ilə bağlı xəbərdarlıq

Azərbaycanın veteran futbolçusu: Türkiyə millisi Avropa çempionatında finala çıxa bilər

Xızıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Azərbaycanda ekoloji təmiz dəmir yolu nəqliyyatının inkişaf istiqamətləri

Su təchizatı şəbəkəsinə qoşulma ilə bağlı yeni qaydalar təsdiqlənib

ABŞ-ın Şimali Dakota Universitetinin professoru ilə BDU-da görüş

Prokurorluq əməkdaşı ətraf mühitin qorunması ilə bağlı beynəlxalq tədbirdə iştirak edib

“Tullantıdan dəyərə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Parisin nəqliyyat həmkarlar ittifaqları tətilə çağırış edib

QHT sədri: Gecə-gündüz fasiləsiz xidmət aparan Azərbaycan polisi hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Ağcabədidə vətəndaşlarla görüşüb

Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!

“SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır

Qırmızı Qəsəbəyə turist axını davam edir

Sədərək rayonunda taxıl sahəsi yanıb

Musiqi sənəti istiqaməti üzrə ixtisas fənninə aid qabiliyyət imtahanlarına start verilib