ELM VƏ TƏHSİL
AMEA YT Park ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 4 aprel, AZƏRTAC
Qərbi Kaspi Universitetinin sosial və humanitar məsələlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Rauf Həsənov və universitetin nəzdində yaradılmış texnoparkın direktoru İftixar Məmmədrzayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov qonaqlara müəssisənin istehsal prosesi, müasir texnologiyalar əsasında əldə olunan rəqabətədavamlı məhsullar barədə ətraflı məlumat verib. Bildirib ki, parkda tətbiq olunmuş qabaqcıl texnologiya keyfiyyətli, yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.
Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə innovativ layihələrin həyata keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.