“Amrahbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Bakı, 26 sentyabr, AZƏRTAC
Oktyabrın 12-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Amrahbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 12 ünvanında yerləşən (ü/s 35,4 kvadratmetr) qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 280 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına köçürülməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]