Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANTİAZƏRBAYCAN TƏBLİĞATI APARAN QÜVVƏLƏR CİDDİ CƏZALANDIRILMALIDIRLAR

BU, CƏLİLABAD RAYONU AĞSAQQALLARININ,

İCTİMAİ TƏŞKİLATLARIN VƏ İCTİMAİYYƏT

NÜMAYƏNDƏLƏRİNİN AZƏRTAC-A GÖNDƏRDİKLƏRİ

BƏYANATIN ƏSAS TƏLƏBİDİR

Biz – Cəlilabad rayonunun ağsaqqalları, ictimai təşkilatların və ictimaiyyətin nümayəndələri Azərbaycan Prezidenti Heydər Əliyevin uğurlu daxili və xarici siyasətini ürəkdən bəyənir, müdrik rəhbərimizin titanik fəaliyyəti nəticəsində ölkəmizin mövqeyinin gündən-günə möhkəmləndiyi ilə fəxr edir və onun işıqlı ideyalarına sədaqətli olduğumuzu bir daha bəyan edirik.

Azərbaycan xalqının bəxti onda gətirib ki, çətin keçid dövründə ölkəmizə Heydər Əliyev kimi müdrik və uzaqgörən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Möhtərəm Prezidentimizin yorulmaz fəaliyyəti, ən çətin məqamlarda həlledici qərar qəbul etmək məharəti və xalqla birliyi dəfələrlə ölkəmizi qardaş qırğınından xilas etmiş, respublikamızda vətəndaş həmrəyliyinin və ictimai-siyasi sabitliyin bərqərar edilməsinə möhkəm zəmin yaratmışdır. Azərbaycanın xaosdan siyasi sabitliyə, tənəzzüldən tərəqqiyə, etnik pərakəndəlikdən milli birliyə qovuşması, beynəlxalq miqyasda etibarlı nüfuz qazanması yalnız Heydər Əliyev zəkasının və uzaqgörənliyinin nəticəsidir.

Cənab Heydər Əliyev əhalinin digər təbəqələri kimi, ağsaqqallara, qadınlara, ictimai təşkilatların nümayəndələrinə də həmişə yüksək qiymət vermişdir. Biz əsl qiymətimizi məhz möhtərəm Prezidentimizin hakimiyyətdə olduğu dövrdə almışıq. Cəlilabad rayonunun ağsaqqalları, qadınları, ictimai təşkilatların nümayəndələri ölkəmizin ən ağır vaxtlarında həmişə cənab Heydər Əliyevlə eyni mövqedə olmuş, rəhbərin bütün çağırışlarına əməli işlə cavab vermiş, gənclərin dövlətçilik ideyalarına sədaqət ruhunda böyüməsi üçün əllərindən gələni etmişdir.

Ancaq xalqımıza əzab-əziyyətdən başqa heç nə bəxş etməyən dağıdıcı müxalifətin əlində gülünc oyuncağa çevrilən, siyasi möhtəkirlik, şəxsi ambisiya və ölkəni parçalamaq amalı ilə yaşayan “Yeni Müsavat”, “Hürriyyət”, ”Azadlıq” qəzetləri ümummilli liderimizin səhhəti barədə böhtan yazıları ilə ictimai çaşqınlıq yaratmağa cəhd göstərirlər. Xüsusən son vaxtlar böhtan kampaniyasını daha da gücləndirərək, mətbuat səhifələrində milli mənəvi dəyərlərimizə zidd olan təhqiramiz ifadələr işlədir, əxlaqsızlıq edir və özlərinin çürük mənəviyyatı ilə cəmiyyətin nifrətinə səbəb olurlar. Müxalifət qəzetləri demokratik prinsiplərlə bir araya sığmayan seçkiqabağı təşviqat üsullarına əl atır, prezidentliyə namizədliyi qeydə alınmış dövlətimizin başçısı barədə adi əxlaq qaydalarına, etik normalara və mənəvi dəyərlərə zidd olan yazılar dərc edirlər.

Halbuki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 323-cü maddəsinə əsasən kütləvi çıxışlarda və ya kütləvi informasiya vasitələrində ölkə başçısının şərəf və ləyaqətini alçaltmaq cinayət məsuliyyəti yaradır.

Biz eyni zamanda qeyd edirik ki, zəngin tarixi keçmişə malik olan Azərbaycan-Türkiyə münasibətləri cənab Heydər Əliyevin müstəsna şəxsi xidmətləri nəticəsində daha da inkişaf etmiş və yeni mərhələyə qədəm qoymuşdur. Buna baxmayaraq, Azərbaycandakı müxalif qüvvələrə havadarlıq edən Türkiyənin “Star” televiziyasının və eyniadlı qəzetin möhtərəm Prezidentimizin səhhəti ilə bağlı yaydığı yalan və qərəzli xəbərlər dövlətlərimiz və xalqlarımız arasında narazılıq toxumu səpmək məqsədi güdür. Buna görə də “Star” televiziyası və qəzetinin son çıxışları ciddi narazılığımıza səbəb olmuş və iki dövlətdə yaşayan bir millətin yetirdiyi dahi bir şəxsiyyət haqqında qərəzli informasiyaya görə onların hərəkətləri bizi dərindən hiddətləndirmişdir.

Lakin xalqın gözü ən böyük meyardır. Ölkənin hər tərəfində olduğu kimi, biz - Cəlilabad rayonunun ağsaqqalları da cənab Heydər Əliyevin hələ uzun illər ölkəmizə rəhbərlik etmək qüdrətində olduğunu bir daha təsdiq edirik. Eyni zamanda dağıdıcı müxalifətin növbəti pozuculuq fəaliyyətini qətiyyətlə pisyəlir, dezinformasiya daşıyıcılarına dərin hiddət və etirazımızı bildiririk. İstər daxildə, istərsə də xaricdə olan antiazərbaycan ünsürlər dərk etməlidirlər ki, heç bir bədxah qüvvə Tanrının istəkli bəndəsi olan Heydər Əliyevə üstün gələ bilməz.

Biz rayonumuzun bütün ictimaiyyəti adından tələb edirik ki, möhtərəm Prezidentimizin səhhəti ilə əlaqədar yalan məlumatlar yayan ziyankar qəzetlərin – “Yeni Müsavat”ın, “Hürriyyət”in, “Azadlığ”ın fəaliyyəti dərhal dayandırılsın, xalqımızı çaşdırmağa çalışan mətbuat orqanlarının rəhbərləri müvafiq qanunlar çərçivəsində cəzalandırılsınlar. Demokratiyanın anarxiyaya çevrilməsinə, özbaşınalığın yenidən cəmiyyətə sirayət etməsinə yol verilməsin. Çünki möhtərəm Prezidentimizin dediyi kimi, cinayətin cəzasız qalması dövlətin sarsılmasına səbəb olan iki amildən biridir.

Biz özünün mənalı həyatını, dövlətçilik məharətini və zəngin siyasi təcrübəsini həmişə Vətən üçün sərf edən cənab Heydər Əliyevi yenidən dövlətimizin başçısı görmək istəyirik. Ona görə də yekdilliklə belə qərara gəlmişik ki, 2003-cü il oktyabrın 15-də keçiriləcək növbəti prezident seçkilərində yalnız və yalnız möhtərəm Prezidentimizə səs verək. Çünki ulu Tanrı onu Azərbaycana xilaskar göndərmişdir. Əminik ki, cənab Heydər Əliyev növbəti prezident seçkilərinin də mütləq qalibi olacaq, başladığı genişmiqyaslı strateji planları uğurla həyata keçirəcəkdir.

Biz böyük Yaradandan diləyirik ki, möhtərəm Prezidentimizə uzun ömür, möhkəm cansağlığı bəxş etsin, Azərbaycanın çiçəklənəcək qüdrətli bir dövlətə çevrilməsi işində ona daim dayaq olsun.

V.Məmmədov - Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri

N.Əliyev - rayon veteranlar şurasının sədri

S.Məmmədova - rayon qadınlar şurasının sədri

M.Mürsəlov - QMƏVŞA İctimai Birliyi rayon şurasının sədri

E.Əliyev - Qızıl Aypara Cəmiyyəti rayon təşkilatının sədri

Cəmi 298 imza.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir