CƏMİYYƏT
AQTA-nın nümayəndə heyəti Estoniyada işgüzar səfərdə olub

Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti oktyabrın 26-27-də Estoniya Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində agentliyin sədr müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ölkənin Kənd Təsərrüfatı və Ərzaq Şurasının baş direktoru Urmas Kirtsi arasında görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı son illər ölkəmizdə qida təhlükəsizliyi sahəsində görülən işlər barədə geniş məlumat verilib, eləcə də yeni qəbul olunmuş “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələblərə dair məsələlər Estoniya tərəfinin diqqətinə çatdırılıb.
Görüşdə nəzarət tədbirləri, informasiya sistemləri, idxala nəzarətin təşkili, Estoniyada qida təhlükəsizliyi və bitki sağlamlığına, həmçinin diri heyvan və qida məhsullarının ixracına nəzarətin həyata keçirilməsi məsələləri üzrə agentliyin nümayəndə heyətinə təqdimatlar edilib.
Ölkəmizdən olan nümayəndələr Estoniya Respublikasının Muuga sərhəd nəzarət məntəqəsinə səfər ediblər. Səfər zamanı sərhəd nəzarət məntəqələrində həyata keçirilən işlər, sərhəddə aparılan laborator analizlər, sərhəd nəzarət məntəqələri və aidiyyəti regional idarələr arasında əlaqə qurulmasına dair məsələlər üzrə təcrübələr barədə məlumat verilib.
Eyni zamanda, Estoniya Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin əməkdaşları ilə keçirilən görüşdə AQTA-nın nümayəndə heyətinin üzvləri laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olublar. Tərəflər