CƏMİYYƏT
AQTA sahibkarlıq subyektlərində aparılan yoxlamaları davam etdirir
![AQTA sahibkarlıq subyektlərində aparılan yoxlamaları davam etdirir](/files/2022/3/1200x630/1665557113158225105_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, eyni zamanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 60 sahibkarlıq subyektində agentliyin əməkdaşları tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 42 müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmin müəssisələrin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.