DÜNYA
Arı zəhərindən qazanılmış immun çatışmazlığı sindromuna qarşı maddə hazırlamaq olar
Bakı, 12 mart (AZƏRTAC). Amerikalı mütəxəssislər arı zəhərindən istifadə etməklə qazanılmış immun çatışmazlığı sindromuna (QİÇS) qarşı maddə hazırlamağın mümkünlüyünü kəşf etmişlər.
Vaşinqton Universitetinin tibb fakültəsi mütəxəssislərinin qənaətinə görə, arının zəhər kisəsində olan və sancması ilə orqanizmə daxil olan bu maddə ətrafdakı sağlam hüceyrələrə zərər vermədən QİÇS-ə yol açan insanın immunçatışmazlığı virusuna (İİV) qarşı səmərəli vasitədir.
Tədqiqatçılar bu maddəni gel halına gətirərək virusun yayılmasının qarşısını almağı nəzərdə tutmuşlar.
Arı zəhərindəki melitin adlı maddə İİV hüceyrələrində dəliklər açır, ancaq ətrafdakı digər hüceyrələrə zərər vermir. İndiyə qədər QİÇS müalicəsində istifadə edilən dərmanlar virusun vücudda yayılmasını ləngitmiş, ancaq arı zəhəri kimi virusun üzərinə birbaşa “hücuma keçməmişdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]