İQTİSADİYYAT
ASK-ın ötən il gördüyü işlər müzakirə edilmişdir
Bakı, 7 mart (AZƏRTAC). Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəyasət heyətinin iclası olmuşdur.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclası açan ASK-ın prezidenti Məmməd Musayev ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar, bu nailiyyətlərin əldə olunmasında konfederasiyanın rolu və üzərinə düşən vəzifələrdən söhbət açmışdır.
ASK-ın baş katibi M. Əfəndiyev ötən il görülmüş işlər barədə məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, ötən il ASK yerli qurumlarla yanaşı, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da gücləndirmişdir. Konfederasiya tərəfindən, həmçinin regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və daha da genişləndirilməsinə və s. xüsusi diqqət verilmişdir.
Daha sonra iclasın gündəliyinə daxil edilmiş məsələlər barədə çıxışlar olmuş, görülən işlər və qarşıda duran vəzifələrdən danışılmış, təkliflər verilmişdir.
M.Musayev iclasa yekun vuraraq müzakirə olunan məsələlər üzrə qəbul olunmuş qərarların yerinə yetirilməsi sahəsində qarşıda duran vəzifələri geniş şərh etmişdir.