Azərbaycan Dövlət İnformasiya Agentliyi

AŞPA ERMƏNİSTANA YAY SESSİYASINADƏK VAXT VERMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 17-də Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında fövqəladə hal kimi gündəliyə salınmış “Ermənistanda demokratik təsisatların fəaliyyəti” adlı sənəd müzakirə edilmişdir.

Məruzəçi - Böyük Britaniyadan olan deputat Con Preskott fevralın 19-da Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra ölkədə baş vermiş hadisələri geniş şərh etmiş, martın 1-də Yerevanda dinc nümayişçilərə qarşı törədilmiş hadisəni əsl faciə adlandırmış, Avropa Şurasının xüsusi nümayəndə heyətinin vəziyyəti yerindəcə öyrənmək məqsədilə dərhal Ermənistana səfər etdiyini, paytaxtda elan edilmiş fövqəladə vəziyyətin Avropanın demokratik dəyərləri ilə tam ziddiyyət təşkil etdiyini diqqətə çatdırmışdır.

Məruzəçi məsələnin hərtərəfli araşdırılmasının, qanlı hadisənin əsl günahkarlarının məsuliyyətə cəlb edilməsinin vacibliyini qeyd etmişdir. C.Preskott beynəlxalq ictimaiyyətin kütləvi həbsləri pislədiyini və həbs olunanların taleyi üçün narahatlıq keçirdiyini bildirmiş, günahsız insanların tezliklə azad edilməsi üçün AŞPA-nın vasitəçi kimi çıxış etməsinin zəruriliyini vurğulamışdır.

Məruzəçi Ermənistan rəsmilərini siyasi partiyalarla, müxalifət liderləri ilə dialoqa çağırmış və qeyd etmişdir ki, əks təqdirdə AŞPA-dakı Ermənistan nümayəndə heyəti mandatından məhrum ola bilər.

Məruzə ətrafında müzakirələrdə bəzi deputatlar Ermənistanın ağır vəziyyətini yüngülləşdirmək məqsədilə guya seçkilərdən əvvəl müxalifətin səsvermənin nəticələri ilə razılaşmayacağını əvvəlcədən bildirməsini bəhanə gətirmiş, digər deputatlar isə Yerevan hadisələrini Fransadakı tələbə hərəkatı ilə eyniləşdirməyə çalışmışlar.

Bütün bunlara baxmayaraq müzakirələr zamanı Ermənistanın demokratik dəyərlərdən uzaq olması, Avropa Şurasının əsas prioritetlərindən biri olan insan hüquqlarının kobud şəkildə pozulması, xalqın demokratik təsisatlara inamsızlığı, belə institutların hakimiyyətdən asılı olduğu və onların ancaq dövlət rəsmilərinin tapşırıqları əsasında hərəkət etdikləri, ölkədə köklü demokratik dəyişikliklər aparılmasının vacibliyi barədə fikirlər səslənmişdir.

Ermənistanın AŞPA-dakı daimi nümayəndə heyəti baş vermiş hadisəyə başqa don geydirməyə, onu ört-basdır etməyə, fövqəladə vəziyyətə haqq qazandırmağa cəhd etmişdir. Ölkəmizə qara yaxmaqda ad çıxarmış nümayəndə heyətinin üzvü Armen Rustamyan müzakirə olunan məsələdən danışmaq əvəzinə, guya Azərbaycanın Ermənistanda yaranmış vəziyyətdən istifadə etdiyini və atəşkəs rejimini pozduğunu iddia etmiş və bununla da deputatların diqqətini başqa istiqamətə yönəltməyə cəhd göstərmişdir.

Azərbaycan nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva mart ayının 1-də Ermənistan hakimiyyətinin Yerevanda nümayişçilərə divan tutması, hadisələr zamanı 39 nəfərin həlak olması, yüzlərlə insanın, o cümlədən 4 deputatın həbs edilməsi faktını diqqətə çatdıraraq, bunun Avropa Şurasının kriteriyalarına tamamilə zidd olduğunu göstərmişdir. Azərbaycanlı deputat yeni seçilmiş Ermənistan prezidentinin vaxtilə Xocalı soyqırımında iştirakını xatırlatmış və onun legitimliyinin tanınmasının yolverilməz olduğunu qeyd etmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistandakı hadisələrin Avropa Şurası tərəfindən təhlil olunmasının vacibliyini göstərmişdir. Ermənistandakı son hadisələrin digər ölkələrdəki hadisələrlə müqayisə edilməsi fikrinə etiraz edən S.Seyidov Azərbaycanda həbs olunmuş bəzi şəxslərin siyasi məhbus kimi qələmə verilməsi cəhdindən narahat olduğunu diqqətə çatdırmışdır.

Sonda müzakirə olunan məsələ ilə bağlı sessiyanın qətnamə layihəsi qəbul edilmişdir. Rəsmi Yerevana AŞPA-nın yay sessiyasınadək vaxt verilməsi, bu müddət ərzində məruzə və müzakirələrdən irəli gələn tənqidi qeydlərin nəzərə alınmadığı, ölkədə ciddi dəyişikliklər baş vermədiyi, AŞPA-nın tələbləri yerinə yetirilmədiyi təqdirdə Ermənistan nümayəndə heyətinin səsvermə hüququndan məhrum ediləcəyi barədə qərar qəbul olunmuşdur.

X X X

Gündəliyə uyğun olaraq Fransanın xarici işlər naziri Bernar Kuşner sessiyada çıxış etmişdir. Nazir 60 il öncə insan hüquqlarının yalnız bir ideya olduğu halda, bu gün onun real həqiqətə çevrildiyini qeyd etmiş, insan hüquqlarını müdafiə etməyin sülhü dəstəkləmək demək olduğunu diqqətə çatdırmış, ölkəsində insan hüquqları ilə bağlı qanunun 300 il bundan əvvəl qəbul edildiyini xatırlatmış və hazırda bu sahədə görülən işlərdən danışmışdır.

B.Kuşner bəzi ölkələrdə ölüm hökmünün hələ də mövcudluğundan narahatlıq keçirdiyini bəyan etmiş, Darfur körfəzi, Əfqanıstan, Tibet, Yaxın Şərq ətrafında baş verən hadisələrə toxunmuş, münaqişələr nəticəsində öz doğma ocaqlarını tərk edərək başqa dövlətlərin ərazilərində məskunlaşmış insanların hüquqlarının müdafiəsinin vacibliyini qeyd etmişdir.

Sonda nazir deputatların ona ünvanladığı suallara cavab vermişdir. Ermənistan nümayəndə heyətinin üzvü Rafi Ohanesyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıran Bernar Kuşner münaqişənin yalnız ATƏT-in Minsk qrupu çərçivəsində, danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu və onun tezliklə həllini tapacağına ümid etdiyini bildirmişdir.

Sessiyada gündəlikdəki digər məsələlər də müzakirə olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib

100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı

Qarabağın bərpası müasir şəhərsalma modelinin uğurlu nümunəsi kimi təqdim olunub

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti iyunun 9-dək davam edəcək - XƏBƏRDARLIQ

İsmail Ermağan: BTC, TANAP və TAP Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 14 faiz artıb

Azərbaycanın enerji diplomatiyası coğrafi məhdudiyyətləri strateji üstünlüyə çevirən uğurlu modeldir – ŞƏRH

Azərbaycan avarçəkəni Avropa çempionatında iştirak edəcək

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

ABŞ-nin Aİ-dəki səfiri Ağ Evin Qrenlandiya ilə bağlı ritorikasına önəm verməməyə çağırıb

“Güclü cəmiyyətin zərif simaları” layihəsi Xankəndidə

Rumıniya nəşri: Türkiyə TANAP modeli formatında elektrik enerji dəhlizi yaratmağı təklif edir

Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə imtahanlara qeydiyyat başlanıb

Ağakərim Səmədzadə: Metan emissiyalarının azaldılması yalnız iqlim sahəsinə deyil, digər istiqamətlərə də fayda verir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

Azərbaycanın enerji modeli böhranlar dövründə dayanıqlılıq nümunəsidir ŞƏRH

Azərbaycanın kibertəhlükəsizlik sistemində yeni mərhələ: MKA fəaliyyətə başlayır

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Şəhid jurnalist Məhərrəm İbrahimovun AZƏRTAC-da xatirəsi anılıb VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO

Azərbaycanlı akrobat: Doğma azarkeşlər önündə ən yüksək nəticəni göstərməyə çalışacağıq VİDEO