AŞQABADDA KÜÇƏLƏRİN ADLARI DƏYİŞDİRİLİR
Aşqabad küçələrinin adları dördişarəli rəqəmlərlə əvəz olunur. Bunu Türkmənistan Prezidenti Saparmurat Niyazov təklif etmişdir.
Artıq Aşqabadın küçələrinə ağ rəqəmli yaşıl-sarı rəngli lövhələr vurulur. Paytaxtın mərkəzi olan Saray meydanı XXI əsrin başlanğıcını göstərən 2000 rəqəmi ilə işarələnmişdir.
Aşqabad şəhər icra hakimiyyətində yaradılmış xüsusi komissiyanın qərarına əsasən Böyük Saparmurat Türkmənbaşı, Türkmənstan qəhrəmanı Atamurat Niyazov, Türkmənistan qəhrəmanı Qurbansoltan ecə (prezidentin atası və anası), Qaraşsızlıq (Müstəqillik), Bitərəf Türkmənistan, Məhdimqulu, Koroğlu və yazıçı Ata Qovşudov küçələri öz əvvəlki adlarını qoruyub saxlayacaqdır.
Qalan küçələr 2000-dən aşağı və ya yuxarı rəqəmlərlə işarələnəcəkdir.