ASTANADA DÜNYA DİNLƏRİNİN VƏ ƏNƏNƏVİ MİLLİ DİNLƏRİN QURULTAYI KEÇİRİLƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 23-25-də Qazaxıstan paytaxtında dünya dinlərinin və ənənəvi milli dinlərin qurultayı keçiriləcəkdir. Qurultaya BMT, ATƏT, YUNESKO, YUNİSEF kimi mötəbər beynəlxalq təşkilatlardan da fəxri qonaqlar və nümayəndələr gələcəklər.
Forumda sivilizasiyaların böhranını aradan qaldırmaq, münaqişələrin dincliklə həlli üçün dünya dinlərinin səylərini birləşdirmək məsələləri müzakirə olunacaqdır.