Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Auditorlar Palatasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Auditorlar Palatasında Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, tədbir Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Auditorlar Palatasının sədri, YAP Səbail rayon Auditorlar Palatası ərazi partiya təşkilatının sədri, professor Vahid Novruzov açaraq, Yeni Azərbaycan Partiyasının Azərbaycanda gərgin, mürəkkəb, ağır bir dövrdə - 1992-ci il noyabrın 21-də yaranması və bu dövr ərzində böyük, uğurlu, şanlı yol keçməsi və Azərbaycanın ən böyük, aparıcı partiyası yerini tutmasından danışıb və geniş məruzə ilə çıxış edib. V.Novruzov qeyd edib ki, dünya politoloqlarının ümumi rəylərinə görə siyasi partiyalar olmayan ölkədə demokratik cəmiyyət bərqərar ola bilməz. Tariximizə “91”lər kimi adlarını həkk etmiş xalqımızın vətənpərvər, siyasi reallığı dərindən dərk edən və Azərbaycanın gələcəyi naminə hər cür məhrumiyyətlərə hazır olan ziyalı insanlar və ictimai xadimlərimiz ulu öndər Heydər Əliyevə müraciət edərək məhz onun rəhbərliyi ilə “Yeni Azərbaycan Partiyasının” yaradılması məsələsini gündəmə gətirdilər. Həyatında daima rasional fikirlərə hörmətlə yanaşan, öz xalqının ehtiyac və qayğılarını dərindən duyan və doğma Azərbaycanı öz canından da çox sevən Heydər Əliyevin razılığı və rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında yaradılan YAP 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən siyasi partiya kimi rəsmi qeydiyyata alındı.

Diqqətə çatdırılıb ki, qurucusu Heydər Əliyev olan YAP ötən 30 il ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını, demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasını, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılmasını, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsini, qanunçuluq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılmasını, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsini özünün məqsədi hesab etməklə xalqımızı öz ətrafında birləşdirərək milli müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətimizin gücünün artırılması və əhalinin siyasi rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlərə imza atıb. Təbii ki, YAP-ın və onun üzvlərinin qarşısında duran ən mühüm məsələ ölkəmizin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsindən ibarət olub.

V.Novruzov deyib ki, əldə edilən uğurlar barədə YAP sədri, Prezident İlham Əliyevin sözlərini xatırlamaq yerinə düşərdi: “Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçatmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik-istər xarici borc baxımından, iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni, biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik”.

Palata sədri vurğulayıb ki, özünün 30 illik tarixi dövründə YAP həmişə Azərbaycanın əsas reallığını nəzərə alıb və düzgün inkişaf istiqamətində fəaliyyət göstərib. Azərbaycan xalqının milli mənafeləri əsas götürülməklə, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və şanlı Vətən müharibəsində Qələbəsi mümkün olmuşdur. Məhz tarixi köklərimizə söykənməklə və güclü irəli inkişaf yolu seçməklə, Azərbaycan reallığını qabaqcıl xarici nailiyyətlə zənginləşdirilməklə ölkəmizin zəngin və güclü, demokratik və sivil, harmonik inkişaf etmiş ölkəyə çevrilməsinə nail olunub.

Tədbirdə, eyni zamanda, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu, 30 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işlər barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmadan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmləndi və inkişaf etdi, ölkədə əminamanlığın yaradılması, iqtisadi inkişafa başlanmasına öz töhfələrini verdi. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan ulu öndər Heydər Əliyevin davamçılarıdır. YAP bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır və bunun timsalında müasir, yeni Azərbaycan yaranır.

Bu məsələ ilə bağlı Auditorlar Palatasının əməkdaşları, üzvləri və Yeni Azərbaycan Partiyasının üzvləri (Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Auditorlar Palatasının Şura üzvü, Sərbəst auditor Altay Cəfərov, “Azel - Audit” MMC-nin direktoru Elzadə Süleymanova, Auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova, Auditorlar Palatasının əməkdaşı Ləman Hüseynova, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə, Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva, Haqsız rəqabətə qarşı mübarizə şöbəsinin baş mütəxəssisi İlkanə Təhməzova) çıxış edərək, ulu öndər Heydər

Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının uğurlarından danışıblar. Qeyd olunub ki, ölkədə əldə olunan uğurlar YAP-ın hər bir üzvünün sevincidir. Bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə hər bir YAP üzvü böyük qələbələrə imza atacaq.

Sonda 8 gənc əməkdaş (Gülzar İslamzadə, Turab Həsənov, Barat Orucov, İlkanə Təhməzova, Rasim Cavadov, Nicat Salehov, Xanuma Qiyasova, Peyman Gülməmmədov) Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş və ölkənin ictimai-siyasi həyatında fərqlənən 8 nəfər partiya fəalı (Fəqan Qarayev, Nərgiz Abdullayeva, Nərmin Quliyeva, Həbibə Paşa, Fatma Kamalova, Nigar İsmayılova, Aytən Seyidəliyeva, Şəfiqə Əsgərova) YAP Səbail rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mumiyalanmış “yadplanetlilərin” qalıqlarında naməlum DNT-yə rast gəlinib

Filippin universitetində baş verən partlayışda 3 nəfər ölüb, 40-dan çox yaralı var

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirir

Nizami rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Zooloqlar delfinlərin Yerin maqnit sahəsini hiss etdiklərini üzə çıxarıblar

“Toyota” avtomobillərinin yanacaq sistemində ciddi problem aşkarlanıb

İqlimşünaslar bu mövsüm rekord dərəcədə isti qış proqnozlaşdırırlar

Yaşıl Əjdaha ili: 2024-cü ilin Şərq təqvimi nə vəd edir?

Almaniyanın “Rheinmetall” konserni Ukraynada zirehli texnika istehsalına başlayacaq

Filippinin cənubunda “Daula İslamiyyə” qruplaşmasının 11 üzvü öldürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

Çin yeni respirator xəstəliklər dalğasını məlum olan yoluxucu viruslarla əlaqələndirib

Fiziki məhdudiyyətli uşaqların bacarıqları inkişaf etdirilir

GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçəcək

ABŞ gələn il orbitə 20-dən çox hərbi məqsədli peykin buraxılmasını planlaşdırır

Şamaxıda “Əzizə Cəfərzadə yaradıcılığında Şirvan və Şirvanilər” adlı elmi-praktiki konfrans təşkil olunub

“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda Gənclər və Könüllülər Mərkəzinin ofisinin açılışı olub

Almaniya Ukraynaya yeni hərbi yardım paketi təqdim edib

Birgünlük kirayə evlər 20-60 manata təklif olunur – Gədəbəyin qış turizmi REPORTAJ

AVRO-2024: Final mərhələsinin püşkü atılıb, Türkiyə millisinin rəqibləri məlum olub

Asiya Akademiyaları Birliyi ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Muğam Mərkəzində "HasSak” ansamblının konserti olub

Laçın rayonunun işğaldan azad olunması və yaranan hərbi infrastruktur – AÇIQLAMA

Filippin sahillərində 6,4 bal gücündə daha bir zəlzələ olub

Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib VİDEO

Ölkəmizdə Qazaxıstan mədəniyyəti günləri keçirilir

Həştərxanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin iştirakçıları mükafatlandırılıblar

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib  YENİLƏNİB VİDEO

Qardabanidə “İlham Əliyevin Gürcüstan siyasəti: enerji strategiyası kontekstində” kitabının təqdimatı olub

İtaliya qəzeti: Təəssüf ki, Avropada erməni millətçiliyini və revanşizmini qızışdıranlar var

Filippində 7,5 bal gücündə zəlzələ baş verib

Son 20 il ərzində ən soyuq dekabr ayı 2002-ci ildə qeydə alınıb

Futbol üzrə Avropa çempionatının mükafat fondu bəlli olub

Mikayıl Cabbarov: Azərbaycan istixana qazı emissiyalarının 2050-ci ilədək 40 faiz azaldılmasını hədəfləyir

Almaniya millisi gənclər arasında futbol üzrə dünya çempionatının qalibi olub

Naxçıvanda Mühasiblər Forumu keçirilib

Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin dördüncü iclası keçirilib

Azərbaycan Premyer Liqasında XV tur heç-heçə ilə başlayıb

Millətlər Liqası: Azərbaycan yığmasının püşkatmada yer alacağı səbət açıqlanıb

Türkiyə ölkə tarixinin aylıq ixrac rekordunu yeniləyib

Bakı və Sumqayıtda atmosfer havasında dispers toz hissəciklərinin miqdarı normanı ötüb

Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr edilmiş uşaq festivalı keçirilib

Nazir: SOCAR 2035-ci ilə qədər metan tullantılarını sıfıra endirəcək

Masallı sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Səhiyyə Nazirliyi Mingəçevirdə fləş-mob keçirib

Azərbaycanlı futbolçu Albaniya çempionatında beşinci qolunu vurub

Bakıda narkotik vasitələrin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb VİDEO

Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatına yekun vurulub

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir

Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib

“Euronews” telekanalı Bakıda keçirilən SPECA-nın Zirvə görüşü haqqında reportaj yayımlayıb VİDEO

Akademik İsa Həbibbəyli Ankarada TÜBİTAK başqanı ilə əməkdaşlıq məsələlərini müzakirə edib

İİTKM və CAREC arasında Anlaşma Memorandumu imzalanıb

Roma Papası hərbi xərcləri aclıqla mübarizəyə yönəltməyə çağırıb

Tanınmış kinorejissor Akif Rüstəmov evində ziyarət edilib

“Şükran günü” qorxu filmi növbəti mövsümlə ekranlara geri qayıdır

Türkiyə Dünya İqlim Fəaliyyəti Sammitinə ev sahibliyi etmək niyyətindədir

Bakıdakı dünya çempionatında son günün qalibləri mükafatlandırılıblar VİDEO

Bakı Dövlət Sirki Yeni il proqramı təqdim edir

Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib

Slovakiya-Ukrayna sərhədində yük maşınlarının uzun növbəsi yaranıb

Yeni Zelandiyada 100 ildə ilk dəfə olaraq vəhşi təbiətdə kivi quşunun iki balası yumurtadan çıxıb

BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb

“Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Tehranda hava çox çirkləndiyinə görə məktəbləri bağlayıblar

Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıblar

Cənubi Çexiyada qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edilib

“Bilim Bakı”da “Kiçik sahibkarlar, böyük hədəflər” proqramının bağlanış tədbiri keçirilib

“Qarabağ” və “Azəryol” komandaları böyükhesablı qələbə qazanıblar

Azərbaycanın COP28-dəki pavilyonu Qarabağla bağlı haqq səsimizin daha geniş kütləyə çatdırılmasına imkan yaradacaq

Qərbin qaranlıq keçmişi: Afrika müstəmləkələrində kölə alveri

Fu Hua: Sinxua və AZƏRTAC müasir çağırışlar fonunda əməkdaşlığı daha da dərinləşdirməlidir VİDEO

Pedaqoji Universitetdə Beynəlxalq Əlillər Günü qeyd olunub

BŞTİ: Ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə başlanılıb

ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq

Tarix Muzeyinin yeni qurulan ekspozisiyasında son tamamlanma işləri aparılır

Ötən ay İnsan Resursları Mərkəzinə 4 mindən çox müraciət daxil olub

Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentini təbrik edib

Milli Dram Teatrı dekabr ayı üçün maraqlı repertuar tərtib edib

“International Innovation Management and TRIZ Conference” (IIMTC) bağlı mətbuata məlumat verilib

Minifutbol üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb

Beynəlxalq Velosipedçilər İttifaqı 40 rusiyalıya yarışlara çıxmaq icazəsi verib

Bakıda “Kalaşnikov” avtomatını gizlədən şəxs saxlanılıb VİDEO

Məşhur Piza qülləsinin Bolonyada olan bənzəri çökə bilər

Edmondo Çirielli: Ermənistanda qatı millətçi, Qafqazda sabitliyi pozmaq məqsədi daşıyan qüvvələr var

UNESCO forumunda Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından danışılıb

AKTA İƏT-in kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri əməkdaşlıq platformasına üzv seçilib

Beynəlxalq STEAM Azərbaycan Festivalında 11 ölkənin komandaları yarışacaq

COP28: Təxminən 20 ölkə bütün dünyada nüvə enerjisini 2050-ci ilədək üç dəfə artırmağa çağırır

İtaliyalı nazir müavini: Prezident İlham Əliyev çox praqmatik insandır

Almaniya çempionatının oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb

Çin Futbol Assosiasiyası Ramil Şeydayevin dava etdiyi oyunla bağlı bəyanat yayıb

Dekabrın 3-də Bakıda 22 dərəcə isti olacaq

Senatın sədri: Azərbaycan Çexiya üçün dost ölkədir