İDMAN
Türkiyə millisi Avropa çempionatına inamlı qələbə ilə başlayıb - YENİLƏNİB-5
![Türkiyə millisi Avropa çempionatına inamlı qələbə ilə başlayıb - YENİLƏNİB-5](/files/2024/2/1200x630/17187337735031229326_1200x630.jpeg)
Bakı, 18 iyun, AZƏRTAC
Türkiyə millisi Almaniyada təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, “ay-ulduzlular” F qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşıb. Görüş qardaş ölkə seçməsinin qələbəsi ilə başa çatıb - 3:1.
Qarşılaşmada hesabı 25-ci dəqiqədə Türkiyə millisinin heyətində Mərt Müldür açıb. 32-ci dəqiqədə gürcülər Jorj Mikautadzenin qolu ilə tarazlığı bərpa ediblər. 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli zərbə ilə yenidən Türkiyə millisini hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90+7-ci dəqiqədə Kərəm Aktürkoğlu qoyub.
Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya və Çexiya yığmaları üz-üzə gələcəklər.
21:26
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, 65-ci dəqiqədə Arda Gülər uzaq məsafədən qüvvətli və dəqiq zərbə ilə “ay-ulduzlular”ı yenidən hesabda önə keçirib - 2:1.
Qeyd edək ki, görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.
21:03
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk hissədən sonra matçda hesab bərabərdir - 1:1.
Türkiyə yığmasının qoluna Mərt Müldür imza atıb. Gürcülərin heyətində isə Jorj Mikautadze fərqlənib.
Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.
20:52
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Türkiyənin heyətində Mərt Müldür, Gürcüstanda isə Jorj Mikautadze fərqlənib.
Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.
20:32
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmalarının oyununda ilk qol vurulub.
AZƏRTAC xəbər verir ki, 26-cı dəqiqədə Mərt Müldür baxımlı zərbə ilə 2ay-ulduzlular”ı hesabda önə keçirib.
Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.
20:01
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda üz-üzə gələn Türkiyə və Gürcüstan yığmaları arasında oyun başlayıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Görüşü argentinalı baş hakim Fakundo Telyo idarə edir.