DÜNYA
Avrokomissiyanın Prezidenti Qərbi Balkan ölkələrində səfərdədir


Sarayevo, 28 oktyabr, AZƏRTAC
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Qərbi Balkan ölkələrinə səfəri çərçivəsində Şimali Makedoniya, Kosovo və Albaniyadan sonra Bosniya və Herseqovinaya gəlib.
AZƏRTAC xəbər verir ki, Ursula Fon der Lyayen Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç, Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Milorad Dodiklə görüşüb.
Ursula Fon der Lyayen deyib: “Bosniya və Herseqovinanın Avropa İttifaqında (Aİ) yeri var. Bosniya və Herseqovina Avropanın bir hissəsidir. Aİ-nin namizəd ölkə statusu ilə bağlı baxışı da Bosniya və Herseqovinanın uğurunun göstəricisidir”.
Avrokomissiyanın Prezidenti Aİ-nin Bosniya və Herseqovinaya enerji sahəsində 70 milyon avro yardım edəcəyini bildirib.
Bosniya və Herseqovinadan sonra Serbiya səfər edən Ursula Fon der Lyayen Prezident Aleksandr Vuçiçlə birgə Serbiya ilə Bolqarıstan arasında təbii qaz interkonnektorunun tikintisi üzrə işlərlə tanış olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo