Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasının Parisdəki toplantısında Azərbaycanın maraqlarını ifadə edən mühüm hüquqi məsələlər qaldırılıb

Avropa Şurasının Parisdəki toplantısında Azərbaycanın maraqlarını ifadə edən mühüm hüquqi məsələlər qaldırılıb

Paris, 18 mart, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası ərəfəsində martın 18-də qurumun Parisdəki qərargahında hüquqi işlər və insan haqları komitəsinin toplantısı keçirilib. İclasda ümumavropa əhəmiyyətli bir sıra mühüm məruzələr müzakirə edildikdən sonra dəvətli qonaqların iştirakı ilə bu gün dünyada xüsusi aktuallıq kəsb edən terrorizmə qarşı mübarizə mövzusu ətrafında dinləmələr aparılıb.

Müzakirəyə çıxarılan mövzulardan biri Almaniyadan olan deputat Bernd Fabritiusun üzərində işlədiyi “İnterpol sistemindən qeyri-qanuni istifadələr: daha ciddi hüquqi təminatların zəruriliyi” adlı məruzənin giriş memorandumunun təqdimatı idi. Kifayət qədər qızğın keçən müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək Azərbaycan üçün maraq kəsb edən bir sıra məqamlar üzərində dayandı: “Söz yox ki, hazırlanan məruzə son dərəcə vacib bir problemə həsr edilib. Dünyanın müxtəlif ölkələrinin xüsusi xidmət orqanları, Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr var. Təbii ki, belə əməkdaşlıq cinayətkarlığa qarşı mübarizədə müsbət, effektli təsirini göstərir. Lakin İnterpolun beynəlxalq miqyasda cinayətkarlığa qarşı apardığı iş əlbəttə, daha əhatəlidir və bu təşkilatın imkanları da yetərincə genişdir. Amma bunu da təəssüflə qeyd etmək lazımdır ki, həmin sahədə işlər heç də həmişə arzulanan səviyyədə getmir. Beynəlxalq aləmdə insanların və ölkələrin ümid yeri kimi baxdığı bu qəbil təşkilatların bir sıra hallarda ümidləri doğrultmaması belə qurumların fəaliyyətini əsaslı şəkildə təhlil etməyi, mövcud qüsurların aradan qaldırılması istiqamətində təsirli addımlar atmağı tələb edir. Mən öz ölkəmin timsalında bununla bağlı bir neçə mühüm məqam üzərində dayanmaq istərdim. Bəzən belə hallara təsadüf edirik ki, ölkələrin müraciətləri və təqdim etdikləri sübutlar əsasında İnterpol tərəfindən axtarışa verilmiş cinayətkarlar qəfildən anlaşılmaz bir qərarla axtarış siyahısından çıxarılırlar. Ya belə hallara çox rast gəlinir ki, hansısa cinayətkar və cinayətkarların İnterpol tərəfindən axtarışı nəticə vermədən uzandıqca uzanır. Aydın məsələdir, İnterpol bunu belə izah edə bilər ki, həmin cinayətkarlar çox təcrübəli olduqlarından yaxşıca gizlənməyi, iz buraxmamağı bacarırlar. Bəli, bu, ola bilər. Amma heç də həmişə yox. Əvvəla, İnterpolun axtarış imkanları və vasitələri genişdir. İkincisi isə bəzən onlara cinayətkarların harada ola biləcəyi ilə bağlı konkret məlumatlar veriləndə də yenə müsbət nəticə hasil olmur. Bu halda istər-istəməz bunun obyektiv deyil, subyektiv səbəblərdən belə olması qənaəti yaranır. Bu cür mülahizələr də ortaya çıxır ki, bəlkə də hansısa cinayətkarları sadəcə olaraq tapmağa, ifşa etməyə həvəsli deyillər. Başqa daha pis hal isə ondan ibarətdir ki, cinayət də, cinayətkar da, onun harada olması da dəqiq şəkildə bəllidir və bu barədə İnterpol da, hətta bəzən geniş ictimaiyyət də məlumatlıdır. Amma cinayətkar sərbəst şəkildə azadlıqda gəzib-dolanır və ona toxunulmur. Bu isə artıq yalnız təəccüblü deyil, həm də şübhəlidir”.

Konkret faktlara müraciət edən deputat Rafael Hüseynov Bakıda Ermənistanın birbaşa təşkilatçılığı ilə törədilmiş terror aktlarından bəhs edərək deyib: “İclasımızın keçirildiyi bu gün martın 18-dir və sabahkı gün Azərbaycan üçün çox kədərli bir hadisənin ildönümüdür. 1994-cü il mart ayının 19-da Bakı metrosunun “20 Yanvar” stansiyasında qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Bu terror 14 nəfərin ölümü, 49 nəfərin ağır yaralanması ilə nəticələnib. İstintaq sübut edib ki, həmin terror aktını Ermənistanda hazırlıq keçmiş, Ermənistan xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirilmiş şəxslər törədiblər. 1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda Ermənistan tərəfindən növbəti terror aktı həyata keçirilib. Həmin gün Bakı metrosunun “28 May” stansiyasından çıxan elektrik qatarının vaqonunda bomba partladılıb, vaqonlar yanıb, nəticədə 13 nəfər həlak olub, 58 nəfər yaralanıb”.

R.Hüseynov bu cinayətlərdə bilavasitə məsuliyyət daşıdığına görə vaxtilə İnterpol tərəfindən axtarışa verilmiş yazıçı Zori Balayanla bağlı zamanında qətiyyətli addımların atılmaması məsələsinə toxunaraq deyib: “Həmin terror hadisəsi üzrə 1997-ci ilin 29 noyabr tarixində Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edildi, onu Azərbaycana göndərdilər. 1998-ci ildə A. Aslanov bu terror aktını reallaşdırmaq göstərişini erməni əsirliyində olarkən erməni yazıçısı Zori Balayandan aldığını, terror aktının təlimatçılarının Ermənistanın xüsusi xidmət orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olduğunu etiraf etdi. Məhkəmə bu caniyə ömürlük həbs cəzası verdi və məhkəmənin qərarı ilə Balayana qarşı cinayət işi açıldı. 1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol cinayətkar yazıçı Zori Balayanı xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verdi. O zaman Z. Balayanın hansı şəhərdə, hansı ünvanda yaşadığı dəqiq bilinsə də, İntepol heç bir tədbir görmədi, deməli, cinayətə və cinayətkara faktiki olaraq göz yummuş oldu. Üstəlik, 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından sildi. Buyurun, bu da nəticə. Həmin Zori Balayanın təkcə bu cinayəti deyil, insanlığa qarşı başqa silsilə cinayətlər törətməsini isə yalnız istintaq sübut etməyib. Z. Balayan yazdığı, kütləvi tirajla çap olunan kitabında bunları bütün aləmə özü car çəkib. Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırımı haqqında belə yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türk uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Belə bir cinayətkar, eləcə də İnterpol xətti ilə axtarışa verilmiş bu qəbil neçə başqa cinayətkar illərdir azadlıqda gəzir. Dünya polisi İnterpol isə sanki bütün bunları görmür. Əlbəttə, istəsəydi görərdi də, müvafiq tədbirlər həyata keçirərdi də, cinayətkarları tutardı da. Bəs niyə etməyib, niyə etmir? İnterpola bu cür suallar çoxdur. Həm də yalnız Azərbaycanın deyil, bir çox başqa ölkələrin də cavab ala bilmədiyi belə sualları az deyil. İnanmaq istərdim ki, hazırlanan bu məruzə, onun əsasında bir müddət sonra qəbul edəcəyimiz qətnamə İnterpola və onun fəaliyyətlərinə dair xeyli miqdarda narahat suallara nəhayət ki, cavablar tapılmasına yardımçı olacaq”.

Məruzəçi B. Fabritius cavab nitqində hazırladığı hesabatın son variantında bu iradları nəzərə alacağını söyləyib.

Əsgər Əliyev

AZƏRTAC-in xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir

Çində partlayış nəticəsində 7 nəfər ölüb

Belçikada sosial mənzillərin bölgüsündə illərlə davam edən saxtakarlıq aşkarlanıb

ABŞ senatoru: Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək

Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək

ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb

Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək

“Maritsa Səhnələri” festivalında Azərbaycanın zəngin mədəni irsi nümayiş etdirilib

Bakıda meditasiya və daxili harmoniya mövzusunda görüş: Sri-Sri Ravi Şankarın mesajları

Sülh Şurasının baş müşaviri: Orta Dəhlizi dünyanın əsas ticarət marşrutlarından birinə çevirə bilərik

Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Nazir: Özəl kapital dövlət investisiyalarını üstələyir VİDEO

Sri-Sri Ravi Şankar: Dünyadakı münaqişələrin bitməsinin yeganə çıxış yolu dialoqdur

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Sahibkarlığın inkişafı üçün kredit, zəmanət və startap dəstəyi mexanizmləri tətbiq edilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir VİDEO

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub VİDEO

Ruhani lider: Azərbaycan insanlar arasında sülhün və qarşılıqlı anlaşmanın tapılması üçün çox yaxşı bir körpü ola bilər

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir -  EKSKLÜZİV VİDEO

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir - EKSKLÜZİV VİDEO

Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb VİDEO

Azərbaycanın lavanda rəngləri Bolqarıstanda “Soleil” beynəlxalq festivalında təqdim olunub

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır - EKSKLÜZİV VİDEO

Həsən Həsənov: İndiyədək azərbaycanlılarla macarları birləşdirən çoxlu sayda sözün qohumluğunu sübut edə bilmişəm

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib VİDEO

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabul rayonunda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb

Bu saata olan əsas xəbərlər

“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır

İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır

Dünya Kuboku: BMT Vaşinqtonu miqrasiya siyasətini “hərtərəfli” nəzərdən keçirməyə çağırır

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub VİDEO

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB VİDEO

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir VİDEO

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür VİDEO

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub VİDEO

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır VİDEO

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub VİDEO

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO