İDMAN
Avstriyalı atlet: “Bakı Olimpiya Stadionundakı mübarizə mənim üçün çox uğurlu sınaq idi”
![Avstriyalı atlet: “Bakı Olimpiya Stadionundakı mübarizə mənim üçün çox uğurlu sınaq idi”](/files/2015/2/1200x630/14350435603182629557_1200x630.jpg)
Bakı, 23 iyun, AZƏRTAC
Bakı Olimpiya Stadionundakı mübarizə mənim üçün çox uğurlu sınaq idi.
Bu sözləri “derstandard.at” saytına müsahibəsində Avstriyanın yüngül atletika idman növü üzrə təmsilçisi Qerhard Mayer deyib.
Yarışlarda gümüş medal qazanan atlet bildirib ki, “Bakı-2015” birinci Avropa Oyunları dünya çempionatları, eləcə də Olimpiya Oyunları nöqteyi-nəzərindən yüksək rəqabətlilik atmosferi yaradır.
“Mən bu yarışlara yüksək səviyyədə hazırlaşmışdım. Üç həftəlik məşqlər mənə məqsədimə çatmağa imkan verdi”, - deyə o əlavə edib.