“AvtoVaz” modernləşmiş “Lada 4x4” avtomobillərinin satışına başlayıb

Moskva, 15 yanvar, AZƏRTAC
Rusiyanın “AvtoVAZ” konserni modernləşmiş “Lada 4x4” avtomobillərinin satışına başlayıb.
AZƏRTAC şirkətin yaydığı məlumata istinadla xəbər verir ki, “Lada 4x4” modelinin 3 və 4 qapılı variantları yeni iqlim sistemi, daha rahat oturacaqlar, “Era-QLONASS” sistemi, yeni səs və vibrasiya izolyasiyası paketi və digər yeniliklərlə təchiz edilib.
“Lada Granta” 2019-cu ildə Rusiyada ən çox satılan avtomobil model olub. İkinci yeri isə “Lada Vesta” modeli tutub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva