CƏMİYYƏT
Ayla Sevim Erol: İnanıram ki, Azərbaycanda antropologiya sahəsində yetişdirdiyimiz tələbələr bu sahəyə töhfələrini verəcəklər
Bakı, 24 may, AZƏRTAC
Antropologiya çox mühüm sahədir. Mən bu sahədə tədqiqat aparan dörd azərbaycanlı tələbəmlə daim öz təcrübələrimi bölüşürəm.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ankara Universitetinin Antropologiya kafedrasının müdiri Ayla Sevim Erol bildirib.
O, deyib: “Mən konfransda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyasının Türkiyədə inkişafı” mövzusunda məruzə ilə çıxış etdim. Türkiyə və Azərbaycan üçün antropologiya sahəsi çox yenidir. Ümid edirəm Azərbaycanda yetişdirdiyimiz tələbələr bu sahəyə töhfələrini verəcəklər”.
Qeyd edək ki, Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər” mövzusunda ilk beynəlxalq konfrans keçirilir.
İkigünlük beynəlxalq tədbirdə müxtəlif ölkələrdən olan 200-dən çox iştirakçı məhkəmə arxeologiyası və antropologiyası ilə bağlı bilik və təcrübələrini bölüşürlər.