İQTİSADİYYAT
Azər Bayramov: Növbəti illərdə səhiyyə xərclərinin artırılmasına və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə nail olacağıq
Bakı, 24 oktyabr, AZƏRTAC
Ortamüddətli xərclər çərçivəsində (OMXÇ) növbəti dövrlərdə yeni sahələri əhatə etmək niyyətindəyik. Bunlardan biri də səhiyyə sahəsidir.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda çıxışı zamanı deyib.
"Sosial sahə hər zaman bizim büdcədə prioritet sayılır. Bu baxımdan növbəti dövrlərdə də OMXÇ-də biz səhiyyə xərclərinin artırılmasına və son nəticədə əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə nail olacağıq", - deyə nazir müavini bildirib.