ELM VƏ TƏHSİL
Azərbaycan alimlərinin Tallində keçirilən Beynəlxalq konfransda elmi məruzələri maraqla qarşılanıb
![Azərbaycan alimlərinin Tallində keçirilən Beynəlxalq konfransda elmi məruzələri maraqla qarşılanıb](/files/2014/2/1200x630/14087124652700551877_1200x630.jpg)
Bakı, 17 iyul (AZƏRTAC). Estoniyanın paytaxtı Tallin şəhərində “Ərinti duzlar və ion mayeləri” (EUCHEM-2014) mövzusunda XXV Beynəlxalq konfrans keçirilib.
Tallin Texnoloji Universitetinin təşkilatı dəstəyi ilə keçirilən beynəlxalq tədbirdə ABŞ-ın, Avropa və Asiya ölkələrinin alimləri iştirak ediblər.
AMEA-nın Akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransda bu elm müəssisəsinin laboratoriya müdiri, kimya elmləri doktoru Reyhan Əliyeva, böyük elmi işçiləri Həmidə Əzizbəyli və Xəyalə Seyidovanın elmi məruzələri maraqla qarşılanıb.