Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, azı 13 nəfər ölüb
Bakı, 28 iyun, AZƏRTAC
Cümə günü Karnataka ştatının cənub-qərbində mikroavtobusun hərəkətsiz vəziyyətdə olan yük maşını ilə toqquşması nəticəsində azı 13 nəfər ölüb, dörd nəfər isə yaralanıb.
AZƏRTAC “India today” saytına istinadla xəbər verir ki, yaralıların vəziyyəti ağır olaraq qalır. Qəza sərnişinlər qonşu rayondakı hindu məbədindən geri qayıdarkən baş verib.
Polisin məlumatına görə, toqquşmanın təsirindən cəsədlər mikroavtobusun qalıqları arasında qaldığından xilasedicilər onları çıxarmaqda çətinlik çəkib. Ölənlərin arasında bir uşağın da olduğu bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb və qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırmaya başlanılıb.
Xatırladaq ki, Hindistanda ölümcül yol qəzaları tez-tez baş verir və buna həddindən artıq yüklənmə, yolların pis vəziyyəti səbəb olur. Rəsmi məlumatlara əsasən, ölkədə hər il təxminən yarım milyon yol qəzası baş verir və nəticədə 150 minə yaxın insan həyatını itirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [11:28]
Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər
- 22.09.2026 [11:20]
Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb
- 22.09.2026 [10:59]
Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb
- 22.09.2026 [10:30]
Türkiyə Prezidenti BMT TŞ daimi üzvlərinin veto hüququnu ləğv etməyə çağırıb
- 22.09.2026 [08:44]
Britaniya ilk dəfə pilotsuz sualtı aparatdan ağır torpeda buraxıb
- 22.09.2026 [05:25]
Şimali Koreya ən son silahlarını uğurla sınaqdan keçirib
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [18:40]
Futbol üzrə İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb
- 21.09.2026 [18:38]
Azərbaycanı kata üzrə dünya çempionatında 4 cüdoçu təmsil edəcək
- 21.09.2026 [18:34]