İDMAN
Azərbaycan badmintonçuları fransalı rəqibləri ilə qarşılaşacaqlar [YENİLƏNİB]
![](/files/galleryphoto/2015/2/1200x630/14350502114597152165_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350502114410833938_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350502114086251798_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350502115574735788_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350590483574221615_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143505904826158768_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350590484291833184_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143505904853021656_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350590482178561895_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14350590482107652938_1200x630.jpg)
Kişilər arasında “B” qrupunda yarışan badmintonçularımız Kənan Rzayev-Orxan Qələndərli fransalı cütlük Bastian Kersaudi-Geatan Mittelheyster ilə mübarizə aparacaqlar.
11:27
Kişilərin fərdi yarışlarında Azərbaycan badmintonçusu ilk qələbəsini qazanıb. "B" qrupunda mübarizə aparan Kənan Rzayev maltalı Samuel Kalini 21:16 və 21:12 hesabı ilə məğlub edib. Qrup mərhələsi çərçivəsində idmançımız növbəti görüşünü iyunun 24-də İtaliya təmsilçisi Rosario Maddaloniyə qarşı keçirəcək.
10:47
Bakı, 23 iyun, AZƏRTAC
Bakı İdman Sarayında qadınlar və kişilər arasında badminton üzrə qrup və fərdi yarışlar davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün kişilər arasında fərdi yarışlarda "B" qrupunda mübarizə aparan badmintonçumuz Kənan Rzayev maltalı Samuel Kali ilə üz-üzə gələcək. Həmçinin kişi və qadın cütlüklər, qarışıq cütlüklərin yarışında qrup mərhələsinin görüşləri təşkil olunacaq.